Tofiq Zülfüqarov: “Dünya əvvəlki qaydalara qayıtmayacaq”
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya siyasətində yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Şençjendə ABŞ, Çin və Rusiya liderlərinin ilk üçtərəfli görüşünün keçirilməsi beynəlxalq münasibətlər sisteminin gələcəyi ilə bağlı mühüm suallar doğurur. Bu görüşü yalnız üç böyük dövlətin liderlərinin təması kimi deyil, dəyişən dünya nizamı, qlobal güc balansı və yeni beynəlxalq münasibətlər qaydalarının müəyyənləşdirilməsi kontekstində qiymətləndirmək lazımdır.
Təsadüfi deyil ki, belə bir görüş artıq «Yeni Yalta» müzakirələrini gündəmə gətirib. Lakin 1945-ci ilin Yalta konfransından fərqli olaraq, bugünkü geosiyasi reallıqlar daha mürəkkəbdir: dünya artıq ikiqütblü deyil, beynəlxalq institutların funksional imkanları ciddi müzakirə mövzusudur, çoxtərəfli diplomatiya isə getdikcə ikitərəfli razılaşmalarla əvəzlənir. Bəs Şençjen görüşü yeni dünya nizamının formalaşmasının başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, ABŞ, Çin və Rusiya liderlərinin Şençjen görüşünün nəticələri beynəlxalq münasibətlər sisteminin mərhələlərinin müəyyənləşdirilməsinə dair klassik elmi təsnifata uyğun olmayacaq:
“Beynəlxalq münasibətlər tarixində dünya nizamının formalaşması bir neçə mühüm mərhələdən keçib.
Birincisi, Vyana sistemi (1815–1914) – Napoleon müharibələrindən sonra güc balansını müəyyən edən böyük Avropa dövlətləri (“Avropa konserti”).
İkincisi, Versal-Vaşinqton sistemi (1919–1939) – Birinci Dünya müharibəsinin qalib dövlətləri və kollektiv təhlükəsizlik sisteminin (Millətlər Liqasının) yaradılması cəhdi.
Üçüncüsü, Yalta-Potsdam sistemi (1945–1991) – əsas aktorları ABŞ və SSRİ olan, bipolyarlığı, Soyuq müharibənin qayda və çərçivələrini formalaşdıran superdövlətlər.
Dördüncü, Birqütblü dövr (1991–2008/2014) – ABŞ-ın və Qərb institutlarının qloballaşma və vahid güc mərkəzinin hegemonluğu üçün şərtləri formalaşdırdığı dövr.
Sonuncu, Çoxqütblülüyə keçid (2008/2014 – indiyədək) – ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, regional liderlər, qlobal və orta dövlətlərin ittifaqları; çoxtərəfli diplomatiyadan ikitərəfli diplomatiyaya üstünlük verilməsinə keçid. Sonuncu dövr üçün BMT başda olmaqla, bütün beynəlxalq, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatların dərin böhranı xarakterikdir”.
Nazir qeyd edib ki, NATO, Avropa İttifaqı, BRİKS və s. kimi təşkilatların funksional potensialının və fəaliyyət qabiliyyətinin açıq və ya gizli böhranı artıq hər kəs üçün aydındır:
“Tramp administrasiyasının iki illik fəaliyyəti özlüyündə bu böhran təzahürlərinin səbəbi deyil. Trampın “xidməti” yalnız ondan ibarətdir ki, o, bu barədə açıq danışmağa və mövcud böhranın elementlərini nümayiş etdirməyə başlayıb. Əminəm ki, Tramp dövrü başa çatdıqdan sonra da əvvəlki qaydalara qayıdış mümkün olmayacaq. Deməli, yeni qayda və normaların müəyyən edilməsi üçün XXI əsrin yeni “Vyana konqresi”nə ehtiyac yaranacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















