Icma.az
close
up
RU
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT FOTO

Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT FOTO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb.
Buna səbəb kimi agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.
Bizim.Media “azxeber.com”a istinadən işdən azad edilən Kənan Qasımovun 2011-ci ildə "Amerikanın Səsi" radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edir.
O dövrlərdə "Transparency International” təşkilatının qolu olan "Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb.
Jurnalistin "Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?" sualına o belə cavab verib:
"Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən "ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".
"Amerikanın Səsi" redaksiyasının "Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub" sualına K.Qasımov belə cavablandırıb:
"Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International” təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, "Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu heç bir halda reallığı əks etdirmir".
Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Onun Fuad Nağıyev tərəfindən qısa müddət ərzində strateji vəzifələrə təyin edilməsi ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency International”təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
"Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar”, - iddialarda deyilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Mart 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri