Tokayev AZALa məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar İlham Əliyevə başsağlığı verib Yeni Çağ Media
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Yenicag.az-a Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Manqistau vilayətində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipajın həlak olması barədə faciəli xəbəri dərin kədərlə qarşıladım. Bu ağır itkinin kədərini bölüşür, Sizə, həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verirəm”, – teleqramda deyilir.
Tokayev qeyd edib ki, onun tapşırığına əsasən Qazaxıstan hökuməti tərəfindən dövlət komissiyası yaradılıb: “Bu komissiya xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirlər görür və bundan sonra da Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək”.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















