Ceyhun Bayramov AZALa məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Azərbaycan Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Bu gün “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik",-məlumatda qeyd edilib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da hadisə ilə bağlı paylaşım edərək başsağlığı ifadə edib.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbərini ürək ağrısı və kədər hissi ilə qarşıladıq.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) December 25, 2024
Qəza zamanı faciəli şəkildə həlak olan şəxslərin, həmvətənlərimizin ailələrinə dərin hüznlə baş sağlığı verir, onlara Allahdan…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















