Tokayev oktyabrda Ermənistana səfər edəcək
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı razılığa gəliblər.
Söhbət zamanı Paşinyan Qurultaya seçkilərin uğurla keçirilməsi münasibətilə Tokayevi təbrik edib. O qeyd edib ki, səsvermənin nəticələri Qazaxıstan vətəndaşlarının Tokayevin həyata keçirdiyi islahatları geniş şəkildə dəstəklədiyini göstərir.
Qazaxıstan Prezidenti təbriklərə və xoş arzulara görə Paşinyana təşəkkür edərək, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb.
Tərəflər həmçinin regional nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Onlar qarşıdakı görüşlər zamanı, xüsusən də Tokayevin oktyabrda Ermənistana səfəri ərzində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Baxış sayı:98
Bu xəbər 24 Avqust 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















