Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampı Qazaxıstana rəsmi səfərə dəvət etdiyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti Tokayevin Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qorla görüşündən sonra məlumat yayıb.
Görüşün əvvəlində Qor ABŞ Prezidenti Donald Trampın Tokayevə Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı təbrik mesajını çatdırıb. Tokayev xoş arzularına görə Trampa təşəkkür edib və amerikalı həmkarını Qazaxıstana səfərə dəvətini bir daha təkrarlayıb.
Qazaxıstan Prezidenti həmçinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırdığını təsdiqləyib. Tokayev bildirib ki, sammit ABŞ və Qazaxıstan arasında ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yarada bilər.
O, ölkələr arasında əməkdaşlığın inkişafında konkret fəaliyyət və praktiki addımlara üstünlük verdiklərini vurğulayıb.
Görüş zamanı Tokayev Qazaxıstan-ABŞ strateji tərəfdaşlığının dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Serxio Qor isə iki ölkə liderləri arasında sıx əlaqələrin ikitərəfli münasibətləri görünməmiş yüksək səviyyəyə çatdırdığını bildirib.
Tərəflər, həmçinin süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Murad İsmayıl
Baxış sayı:170
Bu xəbər 12 Sentyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















