Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tolik vidalaşdı: Bu, özümə verdiyim cəzadır

Tolik vidalaşdı: Bu, özümə verdiyim cəzadır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) bu gün aparıcısı olduğu “Tarixin bir günü” proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb.

Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, Tolik telekanaldan ayrılması ilə bağlı ərizə yazdığını açıqlayıb.

O bildirib ki, son günlər sosial şəbəkələrdə verilişlə bağlı müxtəlif məlumatlar yayılıb, lakin bu qərarı şəxsi vicdanı qarşısında verib:

“Dünəndən bütün sosial şəbəkələrdə yazırlar ki, Tarix canlı efirdə tamaşaçılarla sağollaşacaq. Düşünürəm ki, belə bir deyim var: insan yatanda vicdanı da onunla birgə yatmalıdır. Bəli, bir neçə gündür mən də yatıram, dururam, vicdanım da yatır, amma özümün bir kanal işçisi olaraq vicdanım sızlayır. Bunu sosial mediada və ya tanınmışlar arasında hər hansı bir dırnaqarası qəhrəmanın qələbəsi kimi görmürəm.

Mən özüm-özümə bir qərar vermişəm. Bu gün “Speys” kanalımız çox böyük uğurlara imza atıb. Vado müəllim kanala rəhbər keçəndən sonra kanalımız ölkədə böyük kütləsi olan kanallarla birlikdə rəqabət aparır. Biz əgər bu gün 3-cü, 2-ci yerlərdə oluruqsa, bu ümumiyyətlə sevilən kanalımızın – “Speys”in uğurudur”.

Aparıcı bildirib ki, uzun illərdir tamaşaçılar onu qalmaqalları ilə tanıyır:

“25 ildir məni bir Tolik kimi tanıyırsınız. Respublikamızın xalq artisti Murad Dadaşov məni “Maşın şou”ya 3 dəfə dəvət edəndə, orada bir dəmir parçasına görə bir çox müğənnilərin siması açılırdı. Onlar maddiyyata, maşına görə tam sona qədər mübarizə aparırdılar və insanların böyük qınağına rast gəlirdilər. Çünki o vaxt Tiktok yox idi, İnstaqram kifayət qədər populyar deyildi.

Bu gün hər birimizin bir xarakteri var. Məni belə tanımısınız. Vətəndaş kimi 44 günlük müharibədən qabaq pandemiyada sizin sayənizdə minlərlə ailəyə yardım etmişəm, əsgərlərimizin yanında olmuşuq, canlı yayım açaraq qazilərimizə evlər, maşınlar almışıq. Bunlar hamısı sizin sayənizdə olub, mən sadəcə vasitəçi olmuşam. Demək, siz mənə güvənmisiniz, inanmışsınız.

Tarix Əliyev vurğulayıb ki, sosial şəbəkələrdə baş verən hadisələrin kanalın nüfuzuna xələl gətirməsini istəmədiyi üçün bu addımı atıb:

“Amma mən bu efir bitəndən sonra da Tarix Əliyevəm. Xasiyyət dəyişmək çox çətindir. Maskalı olub cəmiyyətdə özünü bir cür aparıb, kamera qarşısında başqa cür aparmaq tam başqa şeydir. Mən bu gün uğurlarımı iri-iri addımlar atan kanalıma borcluyam. Əgər efirdə yox, sosial şəbəkədə etdiyim səhvə görə, istər rəhbərlik, Vado müəllim, istər burada işləyən hər bir insanın haqqına girəcəmsə, bu mənim vicdanımı sızladar.

Bir daha buradan Audiovizual Şuraya təşəkkür edirəm. 1 ildən artıqdır “Speys”də hər gün “Tarixin bir günü” verilişini canlı aparıram və verilişimlə bağlı heç bir qanun pozuntusu aşkar edilməmişdir.

Dünən Vado müəllimə yaxınlaşıb verilişin bağlanması, aparıcılıqdan çıxmağım haqqında ərizəmi verəndə vicdanım daha rahat oldu. Mənim əsəblərimə hakim ola bilməməyim, hansısa qarşı tərəfin fikirlərinə emosional cavab verməyim böyük bir kanalın uğuruna kölgə sala bilməz.

Bilirəm, bəziləri mənə görə pis olur, bəziləri sevinir. Amma mən düşünürəm, itirəcəyim tək varlıq var, o da övladımdır. Hamınızı sevirəm. Düşünürəm, bu bir son deyil, bu mənim özümə verdiyim cəzadır”.

Aparıcı əlavə edib ki, onun yerinə başqa aparıcının təyin olunması və ya kanalda yeni vəzifəyə gətirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Media ilə illər öncə bağlılığı olub, indi evdə oturub jurnalistika ilə dırnaqarası məşğul olan bəzi insanların yalançı məlumatlarına qətiyyən inanmayın. Sizinlə canlı yayımda sağollaşıram, amma verilişimi heç kimə təhvil vermirəm. “Speys”də musiqi departamentinin rəhbəri vəzifəsinə gəlməmişəm. Bu da iki”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri