Icma.az
close
up
RU
Tolikdən sərt açıqlama: Bu, səhv qərardır”

Tolikdən sərt açıqlama: Bu, səhv qərardır”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) son günlər Heydər Əliyev Beynəlxalq Hava Limanında adi taksi xidmətindən istifadənin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Cebheinfo.az” xəbər verir ki, məsələ ilə bağlı aparıcı sosial şəbəkə hesabında da fikirlərini bölüşüb.

O bildirib ki, əvvəllər hava limanının dayanacağında avtomobil saxlamağın bir günlük qiyməti 5 manat idi, indi isə 15-20 manat ödəyirlər:

“Bu gün bütün xəbər portallarında belə bir məqalə yayımlanıb ki, bu gündən etibarən artıq Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bolt” daxil, digər taksi şirkətlərindən sifariş etmək qadağan olunub. Bildirim ki, əvvəllər aeroportda maşın saxlamaq 24 saat üçün 5 manat idi. 

3-4 gün saxlayanda maksimum 15-20 manat ödəyirdik. İndi isə bir günlük qiymət 15 manata qaldırılıb. Deməli, orada 3-4 gün maşın saxlasan, 60-70 manat yazacaq”.Prodüser əlavə edib ki, yeni qaydalardan sonra sərnişinlər çətin vəziyyətdə qalacaq:

“Bir dəfə maşınsız idim, “London” taksilərinə mindim. Evimə gələnə qədər az qaldım yeddi dəsmalla ağlayım. Taksi sürücüsü başladı ki, günlük planı yığmaq olmur, problemlər var, bütün gün işləyirik. İndi məni tanıyırlar deyə... orada 20-22 manat göstərilsə də, mən məcbur oldum səhv eləmirəmsə, bu adama 45 və ya 50 manat ödədim.

İndi biz aeroportdan gələndə gecə kimisə zəng edib “gəl, bizi götür” deyə çağıra bilməyəcəyik, bu bir. İkincisi, mənim anam xaricdən gələndə interneti olmayacaq, telefonda tətbiqi yoxdur. Məcbur “London” taksisinə minəcək, 20 manatlıq yolu 30-40 manata, buradan Lökbatana isə 50 manata aparacaqlar”.

Tarix Əliyev qeyd edib ki, aeroportda “Bolt” daxil digər taksi şirkətlərin qadağan olunması səhv qərardır:

“Camaat burada 10 manatlıq yola görə getmək istəyirsə, deyəcəksiniz ekspress avtobuslar var. Olsun da, amma hər kəs avtobusla getmək məcburiyyətində deyil. Çünki bunun baqajı var. Heç olmasa, şəhərdən müştəri gətirən taksi sürücüləri aeroportun girişində sərnişin götürüb 10-15 manat qazanırdılar ki, boş qayıtmasınlar. İndi bunun da qarşısını kəsdiz. Bu necə olacaq?

Hamı “London” taksilərinə minməyə məcburdurmu? Birincisi, “London” taksiləri çox rahat deyil, onun içində oturmaq olmur. İnsanlar bunu məcburən etməlidir? Türkiyədə də belə bir qayda var ki, yalnız sarı taksilər aeroport ərazisinə daxil olur.

Bunu başa düşdük, əgər “Bolt” və “Uber” kimi taksi şirkətlər fəaliyyət göstərir. Bunlar oraya necə girə bilmirlər? Yəni bu zorla sən mənim maşınıma minməlisən deməkdir. Minmək istəmirəm də.

6 nəfərdi deyəcək 2 dənə taksi götür. Cəmi 4 nəfərlikdir, qabaqda oturmaq olmur. Yəni bu nə qədər düzgündür? Düşünürəm ki, bu, səhv qərardır. Hansısa bir özəl müəssisənin çıxartdığı qərar 10 minlərlə taksi sürücülərinin, kasıb ailələrin qəzəbina uğrayacaq. Bu, səhv bir addımdır, mən belə başa düşürəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri