Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Topçubaşovdan İlham Əliyevə, dövlətçiliyin şərəfli yolu

Topçubaşovdan İlham Əliyevə, dövlətçiliyin şərəfli yolu

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Diplomatiya, məsuliyyətin zirvəsi

Diplomatiya masa arxasında gülümsəməklə bitmir. Bu iş bir sevdadır, savaşsız vətən müdafiəsidir. Millətin şərəfini, hüququnu beynəlxalq səhnədə qorumaq üçün aparılan ciddi və ağır mübarizədir. 
Hər söz, hər bəyanat, hər görüş strateji əhəmiyyət daşıyır. Diplomatiya dövlət ömrü yaşamaqdır, dövlətlə nəfəs almaqdır. Bir ömrü dövlətinə xidmətə verməkdir. 
Dövlətçiliyin mühüm sütunu

Hətta əksər vaxtlar diplomatiyanı dövlətin beynəlxalq şəxsiyyəti adlandırırlar. Xarici siyasət orqanlarının fəaliyyəti dövlətin kimliyini, maraqlarını və gələcəyini formalaşdırır. Ona görə də diplomatiya, əslində, dövlətçilik işidir, ideya və hədəf baxımından vətənin xarici səngəridir.

Topçubaşovdan başlanan yol


Azərbaycan diplomatiyasının müstəqillik dövründəki ilk simvolik adı Əlimərdan bəy Topçubaşovdur. O, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin hüquqlarını müdafiə etdi. Dünyanın nəhəng dövlətləri ilə təkbətək görüşərək Azərbaycanın tanınması uğrunda mübarizə apardı.
Paris Sülh Konfransı Azərbaycanın beynəlxalq tanınma səhnəsində ilk addımı idi. Topçubaşov və heyəti diplomatik savad, mədəniyyət və dövlət təfəkkürü ilə erməni diasporuna və rus təsirinə qarşı böyük təzyiqlərə sinə gərdi. Bu, Azərbaycan diplomatiyasının Cümhuriyyət dövründə şərəfli başlanğıcı idi. 
Və indiki nəsil bilməlidir ki, Topçubaşovun Paris Sülh Konfransı üçün mücadiləsi olmasaydı, müstəqil Azərbaycan bəlkə də olmazdı. Ən yaxşı halda Dağıstan, Çeçenistan statuslu ola bilərdik. Diplomatiyanın gücü budur.

Sovet dönəmi, diplomatik susqunluq və mərkəzçilik

Sovetlər dövründə Azərbaycan diplomatiyası müstəqil deyildi. Xarici siyasət Moskvanın əlində cəmlənmişdi. Azərbaycanlı kadrlar olsa da, onların diplomatik fəaliyyəti yerli maraqlardan daha çox SSRİ maraqlarını qorumağa yönəlik idi.

Heydər Əliyev, sovet diplomatiyasında azərbaycanlı məktəbi

1970-ci illərdə Heydər Əliyevin SSRİ rəhbərliyində yüksəlməsi azərbaycanlı diplomatların da beynəlxalq səviyyədə yetişməsinə imkan verdi. Onun rəhbərliyi ilə yetişən kadrlardan bəziləri müstəqillik dövründə ölkəmizin xarici siyasət sisteminin təməlini qoydu. Heydər Əliyevin uzaqgörənliyi sonradan diplomatiya ordumuzun yetişməsinə rəvac verdi.


Müstəqillik sonrası, xaosdan diplomatik sistemə

1991-ci ildən sonra Azərbaycan diplomatiyası müstəqilliklə üz-üzə qaldı. Yeni sistem, yeni səfirliklər, yeni qaydalar qurulmalı idi. 1992–1993-cü illər bu sahədə xaotik və zəif dövr kimi tarixə düşdü. Doğrudur, o zamankı hakimiyyət Azərbaycanı sevirdi. Amma bu sevgi çox platonik idi və romantika ilə bəzədilmişdi.
Diplomatiyada romantika gül aça bilmir.

Heydər Əliyev, diplomatik dirçəliş

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan diplomatiyasında da dönüş baş verdi. Xarici siyasətdə balanslı, praqmatik və müstəqil xəttin təməli qoyuldu. Qərb və Rusiya, İran və Türkiyə ilə paralel münasibətlər formalaşdırıldı.
Sabiq xarici işlər naziri Həsən Həsənovun xatirələrində ATƏT hadisəsindın bəhs edərkən qeyd edir ki, bir dəfə ATƏT iclasında Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Heydər Əliyev iclasa şəxsi müdaxiləsi və anında verdiyi qərarla o sənədin qəbulunu önlədi.
Diplomatiya Vətənin səngəridir

Diplomatiya ordu qədər önəmlidir. Əgər əsgər torpağı qoruyursa, diplomat həmin torpağın beynəlxalq hüquqda tanınmasını, düşmən təbliğatının qarşısının alınmasını təmin edir. Bu, vətənin diplomatik səngəridir.
Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq, münaqişənin hüquqi əsaslarını qorumaq və beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını müdafiə etmək Azərbaycan diplomatiyasının əsas missiyalarından biri olub.
2020-ci il Vətən müharibəsində hərbi zəfərlə yanaşı, diplomatik cəbhədə də Azərbaycan qalib gəldi. Azərbaycan dövlətinin illərlə qurduğu hüquqi əsaslar və beynəlxalq tərəfdaşlıqlar müharibə sonrası yeni reallıqların tanınmasını təmin etdi.
Azərbaycan əsgəri torpağını azad etdi, diplomat isə bu torpaqların beynəlxalq statusunu və təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu birliyi “dəmir yumruq” doktrinası ilə simvolizə etdi. Burada həm hərbi, həm diplomatik güc biri-birini tamamladı


Prezident İlham Əliyev, müasir diplomatiyanın siması

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq nüfuzu artdı, Qoşulmama Hərəkatında liderlik, Türk Dövlətləri Təşkilatında aktivlik və enerji diplomatiyasında uğurlar bu dövrə təsadüf edir.
Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi layihələr Azərbaycanı təkcə enerji ixracatçısı qəbul etdirmədi, həm də geosiyasi oyunçuya çevirdi. Diplomatiya bu kəmərlərin yalnız mühəndis deyil, həm də siyasi-ictimai layihəyə çevrilməsini təmin etdi.
Azərbaycan diplomatiyası son illərdə diaspor təşkilatları ilə əməkdaşlığı gücləndirib. Dünya üzrə fəaliyyət göstərən Azərbaycan icmaları artıq ölkəmizin haqq səsini yaymaqda mühüm rol oynayır.
Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqeyini sistematik şəkildə qoruyur. BMT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın bu təşkilatlarda aktiv iştirakı hüquqi əsasları və siyasi çəki ilə təmin edilib.


Diplomatiya məktəbləri, yeni nəsil diplomatlar

ADA Universiteti, xarici işlər nazirliyi akademiyaları və səfirliklərdə təcrübə proqramları yeni diplomatik nəsil formalaşdırır. Bu, Azərbaycanın diplomatiyasının davamlılığını təmin edəcək əsas mexanizmdir.
Azərbaycan diplomatiyası tez-tez təzyiqlərlə, ikili standartlarla və ikili münasibətlərlə üzləşir. Lakin bu çətinliklər qarşısında prinsipiallıq, peşəkarlıq və soyuqqanlılıq diplomatiyanın gücünü göstərir.

Sabahın Azərbaycanı, sabahın diplomatiyası

Azərbaycan diplomatiyası ölkəmizə qarşı yönələn hansısa haqsızlığa reaksiya verən güc kimi qiymətləndirilmir. Beynəlxalq prosesləri yönləndirən gücə çevrilir. Sabahın dünyasında Azərbaycanın səsi daha ucadan eşidiləcək. Bunu təmin edəcək əsas güclərdən biri isə, məhz diplomatiya olacaq.
Diplomat da Vətən əsgəridir.
Peşə bayramınız mübarək, Azərbaycan diplomatları.

Elnur ƏMİROV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri