Icma.az
close
up
RU
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ Apreldən etibarən...

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ Apreldən etibarən...

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə kəskin artıb. Bu tendensiya 2022-ci ildən bəri davam edir. Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.
Sakinlərin çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar.
 

MÖVZU İLƏ BAĞLI:
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “kupça”nı bu qiymətə ala biləcəklər


Maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.
Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb. Hazırda Bakıda ən bahalı torpaq sahəsi təxminən 442 min manatla Səbail rayonundadır. Ən ucuz torpaq sahəsini isə sotu 10 min manata Pirallahı rayonundan almaq mümkündür.
Ümumiyyətlə, torpağın bu qədər bahalaşmasının səbəbi nədir?
Mövzu ilə əlaqədar əmlak eksperti Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, çoxmənzilli yaşayış binaları sürətlə inşa edildiyi üçün Bakı şəhəri artıq çox sıxılıb və beləliklə, torpaq sahələri də minimal səviyyədə qalıb:
“Torpaq sahəsinin əraziləri azaldıqca onların satış qiymətlərində də artım müşahidə olunur. Qiymət artımı son aylar daha çox Bakıətrafı ərazilərdə önə çıxır. Səbəb odur ki, Yasamal rayonu və dövlət ehtiyacı üçün alınan ərazilərdə sökülən fərdi yaşayış evlərinin ümumi sahələri kiçik olduğuna görə vətəndaşlara olduqca az konpensasiya ödənilir və bu ödəniş mərkəzdə mənzil almağa bəs etmir. Nəticədə, vətəndaşlar əllərində nağd pulla evdən çıxsa da, daha çox həyət evlərinə müraciət edirlər.

Torpaq bazarında da, xüsusən, mərkəz ərazilərdə rəqabət olmadığına görə bu hal da qiyməti artırır. Bu baxımdan, fərdi yaşayış evlərində yaşayan şəxslər daha çox torpaq sahələri alaraq yeni evlər inşa edir və ya fərdi yaşayış evləri alırlar.


Evləri sökülən və yaşı təxminən 50-dən yuxarı olan şəxslərə isə böyük məbləğdə pullar verilsə belə, onlar çoxmənzilli hündür mərtəbəli binalardan ehtiyat edirlər. Bu baxımdan sonuncu dəfə 2025-ci ildə söküntülərin həcmi böyük olduğu üçün sakinlər də torpaqlara, fərdi yaşayış evlərinə müraciət etməyə başladı və nəticədə torpaqların satış qiymətləri artdı”.
Digər tərəfdən məlumdur ki, son günlər İran daxilində genişmiqyaslı iqtisadi və siyasi etirazlar baş verib. İran iqtisadi böhranla üzləşdikcə region ölkələrinə edə biləcək potensial təsirləri də nəzərə almaq lazımdır.
Bu halda qonşu ölkə İrandakı hadisələr Azərbaycandakı torpaq qiymətlərinə təsir edə bilərmi?
Ekspert qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşı Azərbaycanda torpaq sahəsi ala bilməz:
“Yəni bizim qanunda xarici ölkə vətəndaşına torpaq satıla bilməz, notarius təsdiq etmir. Hansısa bir şirkətin balansına alına bilər, amma şəxslər gəlib torpaq sahəsi ala bilməz. Fərdi yaşayış evləri alsalar da, evin özünün tikilisi tikiliyə xüsusi mülkiyyət verir, amma torpağı vermir.
Təbii ki, Azərbaycan vətəndaşıdırsa, torpaq alışı edə bilər. Amma inanmıram ki, hər hansı bir qonşu ölkədə baş verən siyasi proses hazırda paytaxtdakı torpaqların qiymətlərinin artmasına təsir etsin”.
Bəs torpaq qiymətlərinin yaxın dövrdə sabitləşməsi real görünürmü, yoxsa bu artım davam edəcək?
 

Ekspertin sözlərinə görə, alıcıların sayında ciddi azalmalar olduğu üçün 2025-ci ilin avqust ayından başlayaraq əmlak bazarında çox ciddi durğunluq yaranıb:


“Bu halda süni artan qiymətlər, bəlkə də, hansısa formada enəcək. Amma torpaq sahələrinin qiymətlərinin və tələbatın artması, adətən, hər ilin aprel-may aylarından başlayaraq avqust ayına qədər davam edir. Çünki isti aylarda, kimsə fərdi yaşayış evi və ya bağ evi tikmək istəyirsə, torpaq bazarına isti aylarda müraciət edirlər ki, yaz-yay aylarında tikinti başa çatsın və payıza doğru evləri hazır olsun. Yağışlı, qarlı havada tikinti işləri aparmaq çətindir. Amma hazırki vəziyyətdə müştəri çoxluğu torpaq sahələrinin qiymətinin artması ilə nəticələnir”.
Fatimə Əliyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri