Icma.az
close
up
RU
Total qarayaxma və böhtan kampaniyalarına baxmayaraq, COP29 bəşəriyyət üçün tarixi uğurla nəticələndi ŞƏRH AZƏRTAC

Total qarayaxma və böhtan kampaniyalarına baxmayaraq, COP29 bəşəriyyət üçün tarixi uğurla nəticələndi ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 noyabr, AZƏRTAC

COP29 total qarayaxma və böhtan kampaniyalarına baxmayaraq, bütün bəşəriyyət üçün tarixi uğurla nəticələndi. Bir çox vacib, uzun illər boyu həllini gözləyən məsələlərlə bağlı ortaq məxrəcə gəlindi. İnkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri, ən az inkişaf etmiş və Afrika ölkələrinin səbirsizliklə gözlədiyi “Zərər və İtkilər Fondu”nun tam işə salınması haqqında tarixi qərar qəbul olundu. Ən önəmlisi isə, "Bakı Maliyyə Hədəfi" (Baku Finance Goal) ilə bağlı razılıq əldə olundu. Bu hədəf inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dollarını səfərbər etməsini nəzərdə tutur. Bu, əvvəlki layihə ilə müqayisədə 50 milyard dollarlıq artım deməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın iqlim maliyyələşdirilməsi sahəsində mühüm və tarixi diplomatik irəliləyişə nail olması qlobal qarşıdurmalar və geosiyasi gərginliklər fonunda baş verib və şübhəsiz ki, asan başa gəlməyib. Həmçinin ölkəmizə qarşı aparılan təbliğat-təxribat kampaniyalarında COP29-un uğursuzluğa düçar edilməsi üçün hibrid informasiya savaşının bütün komponentlərindən, həm də davamlı şəkildə, bütün resurslar işə salınmaqla istifadə edilib, amma Azərbaycanın qətiyyətli və ədalətli mövqeyi, dövlətimizin başçısının diplomatik məharəti və nüfuzu “uğursuzluq ssenariləri”nin özünü uğursuzluğa uğradıb, işığın qaranlıq, xeyrin şər üzərinə qələbəsini təmin edib.

“Qeyd edim ki, təkcə COP29-un Azərbaycanda keçirilməsinin və yüksək səviyyədə təşkil olunması faktının özü belə ölkəmizin iqlim dəyişkliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi qiymətləndirilməlidir və bu amil, dövlətimizin beynəlxalq hüququn müstəqil subyekti kimi ümumbəşəri problemlərin müzakirəsinə və həllinə xidmət edən qlobal məsuliyyətini nümunə ola biləcək anlamda dərk etdiyini göstərir.

Bütün bunlar COP29-un uğursuzluğa düçar olması üçün informasiya təxribatları törədən, misli görünməmiş siyasi riyakarlıq nümayiş etdirən, dezinformasiya, yalan və qarayaxma "istehsalı” üzrə bütün rekordları üstələyən xarici böhtançıların və onların ənənəvi nüfuz müvəkkillərinin arzularının puç olduğunu, planlarının iflasa uğradığını sübuta yetirir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri