Tottenhem argentinalı müdafəçi ilə razılığa gəlib
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
İngiltərənin "Tottenhem" klubu yay "transfer pəncərəsi"ndə növbəti addımını atmağa hazırlaşır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, London klubu son olaraq "Bornmut" formasını geyinən Markos Senesi ilə tam razılıq əldə edib.
Argentinalı müdafiəçi paytaxt təmsilçisinə azad agent statusu ilə qoşulacaq.
Mənbənin sözlərinə görə, tərəflər arasında 4 illik müqavilə razılaşdırılıb. 29 yaşlı mərkəz müdafiəçisi "Tottenhem" rəhbərliyinin təklif etdiyi bütün şərtləri qəbul edib. Yaxın günlərdə futbolçunun tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Markos Senesi bu yay "Tottenhem"in heyətinə qatılan ikinci futbolçu olacaq. Xatırladaq ki, London təmsilçisi bundan əvvəl "Liverpul"un sabiq müdafiəçisi Endi Robertsonun da transferini rəsmən yekunlaşdırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 May 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















