“Tottenhem” “Arsenal” məsələsinə görə Frankı işdən çıxarıb The Telegraph
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tottenhem”in oyunçuları keçmiş baş məşqçi Tomas Frankın “Arsenal”dan tez-tez bəhs etməsindən narazı olublar.
İdman.Biz-in “The Telegraph”a istinadən məlumatına görə, “topçular”a olan bu maraq “Tottenhem” baş məşqçisinin işdən çıxarılmasına səbəb olub. Danimarkalı mütəxəssis komanda görüşlərində Premyer Liqa liderlərinin nailiyyətlərini müntəzəm olaraq müzakirə edib ki, bu da bəzi oyunçuları qıcıqlandırıb.
“O, oyunçulara daim “Arsenal”dan bəhs edirdi və onlar tez bir zamanda bundan bezdilər. Hətta “Emirates”dəki oyundan əvvəl və sonra belə, o, oyunçularla “Arsenal”ın nə qədər güclü olduğunu müzakirə edirdi. Bəziləri “Bəsdir bu “Arsenal”, deyə düşünürdülər", - “The Telegraph” mənbəyə istinadən xəbər verir.
11 fevralda “Tottenhem” rəsmi olaraq Tomas Frankın işdən çıxarıldığını elan edib. Klub artıq ardıcıl səkkiz Premyer Liqa oyununda qələbə qazanmayıb. Komanda hazırda 26 oyundan 29 xalla 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı yerdədir. “Tottenhem” Çempionlar Liqasının qrup mərhələsini səkkiz oyundan 17 xal toplayaraq dördüncü yerdə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 Fevral 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















