Tottenhem bilet satışını təxirə saldı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Premyer Liqadan düşmək təhlükəsi ilə üzləşən "Tottenhem" azarkeşlərinə kömək etmək üçün görünməmiş bir addım atıb.
QOL.az BBC-yə istinadən xəbər verir ki, klub komandanın kritik turnir vəziyyətini nəzərə alaraq, 2026/27 mövsümünün bilet satışını təxirə salıb.
Azarkeşlər adətən mövsüm biletləri barədə may ayının sonunda qərar verməli olurdular. Cari ildə növbəti mövsüm üçü bilet satışları 26 mayda başa çatmalı idi. Lakin klub yeni rəsmi açıqlamada tarixlərdə dəyişiklik olduğunu açıqladı. Yeni satış pəncərəsinin yekun tarixi 7 iyunadək nəzərdə tutulub.
Bununla da "Tottenhem" azarkeşlərin 2025/26 mövsümünün son nəticəsini bilərək bilet almaqlarına şərait yaradıb.
"Tottenhem"in sahibləri əhəmiyyətli dəyişikliklərə ehtiyac olduğunun fərqində olduqlarını və bu sistem böhranını aradan qaldırmaq üçün artıq genişmiqyaslı yenidənqurma işləri apardıqlarını bildiriblər.
Hazırda London təmsilçisi turnir cədvəlində 29 xalla 16-cıdır.
Baxış sayı:37
Bu xəbər 13 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















