“Tottenhem”də toxunulmazdır: Porronun maaşı artırıldı
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Tottenhem” futbolçusu Pedro Porro ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya millisinin müdafiəçisi London klubu ilə yeni sözləşmə imzalayıb. Müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Sənəddə daha bir mövsümlük uzatma bəndi də yer alıb.
Romanonun məlumatına görə, yeni müqavilədən sonra Porronun maaşı da artırılıb. “Tottenhem” 26 yaşlı sağ cinah müdafiəçisini heyətin toxunulmaz futbolçularından biri hesab edir. Buna görə də klub yayda onun mümkün gedişinə isti yanaşmayıb.
Qeyd edək ki, Pedro Porronun əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi. İspan futbolçu ötən mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.
Kristian Avram “Petrokub”da Ozan yoxdursa, qələbə də yoxdur - “Hoffenhaym” Türkiyəyə ilişdi Çalhanoğlu: "Bəzən belə şillə yemək yaxşı olur" Popoviçdən Türkiyə sözləri - “Qələbə bizim üçün sürpriz olmadı” DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
Baxış sayı:121
Bu xəbər 14 İyun 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















