Icma.az
close
up
RU
“Tottenhem”in 41 illik həsrəti bitdi!

“Tottenhem”in 41 illik həsrəti bitdi!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 21-də Avropa Liqasının (AL) 2024/25 mövsümünə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın Bilbao şəhərində keçirilən finalda “Mançester Yunayted”ə üstün gələn “Tottenhem” tarixində üçüncü dəfə avrokubokun qalibi oldu!
final
Tottenhem - Mançester Yunayted 1:0 (1:0)

Tottenhem (London, İngiltərə): Vikario, Porro, Romero, Van de Veen, Udoci (Spens, 90), Sarr (Qrey, 90), Bentankur, Bissuma, Conson (Danso, 78), Solanke, Rişarlison (Son Hın Min, 67).
Mançester Yunayted (İngiltərə): Onana, Mazraui (Dalot, 85), Şou, Maquayr, Yoro, Kazemiro, Dorqu (Maynu, 90), Diallo, B.Fernandeş, Maunt (Qarnaço, 71), Heylunn (Zirkzee, 71).
Qol: Conson, 42.
Vərəqələr: Diallo, 35. Van de Veen, 49. Rişarlison, 58. Bissuma, 68. Zirkzee, 84. Maquayr, 88. Evans, 90+2 (meydandan kənarda) - sarı.
Hakim: Feliks Svayer (Almaniya).
21 may. Bilbao. 49924 tamaşaçı.
oyunun statistikası
3 (1) qapıya (“çərçivə”yə) zərbə 15 (4)
4 künc zərbəsi 5
1 ofsayd 2
22 qayda pozuntusu 10
3 (0) sarı (qırmızı) vərəqə 4 (0)
35 topa sahibolma (faizlə) 65
oyunun ən yaxşısı (UEFA-nın versiyası): Kristian Romero (Tottenhem)

İngiltərədaxili yarışlarda faciəvi nəticələr göstərən “Yunayted”lə “Tottenhem” üçün AL-də qələbə mövsümün qalan hissəsində ən vacib hədəf idi.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolunun məhz AL-dəki uğur olduğunu bilən britaniyalılar finalı ilk dəqiqələrdən başlayaraq barışmaz mübarizə meydanına çevirdilər. Həlledici oyunun keyfiyyətinin o qədər də yüksək olduğunu demək mümkün deyil. İlk hissədə təşəbbüs gah MY-nin, gah da zədəli Meddison və Kulusevski kimi hücumameyilli oyunçularsız oynayan “Tottenhem”in əlinə keçirdi. Qapılar qarşısında təhlükəli vəziyyətlərə az sayda təsadüf olundu. Diallo MY-ni hesabda önə keçirmək şansını əldən verdi. Əvəzində Conson fasilə ərəfəsində Şouya dəyib istiqamətini dəyişən topu yaxın məsafədən tora qovuşdurdu.
Fasilədən sonra bütün diqqətini hesabı qorumağa yönəldən londonlular yalnız rəqib hücumlarının qarşısını almağa çalışdılar. İkinci hissədə topa 20 faiz nəzarət edə bilən Angelos Postekoğlunun komandası Onanaın qoruduğu qapıya bir zərbə belə endirmədi. Topa böyük ölçüdə nəzarət edən MY isə çox sayda hücumlarına baxmayaraq, qapı qarşısında real təhlükə yaratmaqda çətinlik çəkirdi. Doğrudu, Ruben Amorimin komandası 67-ci dəqiqədə cavab qolunu vurmağa çox yaxın oldu. Lakin topu əlindən buraxan qapıçı Vikarionun səhvini müdafiəçi Van de Veen inanılmaz reaksiya ilə “sığortaladı”. Hər halda “avtobus” taktikası paytaxt komandasının işinə yaradı: MY Son 20 dəqiqədə hücumlarını artırsa da, cavab qolunu heç cür vura bilmədi. Nəticədə 17 illik titul həsrətinə son qoyan “Tottenhem” 2024/25 mövsümünü bu şəkildə xilas etdi, “Yunayted” isə ən yeni tarixində faciəvi mövsümlə yadda qaldı.
Bombardirlər: B.Fernandeş (Mançester Yunayted), Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Heylunn (Mançester Yunayted), Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.
Faktlar
* Avrokubokların finallarında 6-cı İngiltərə dueli baş tutdu. “Tottenhem” təmsil etdiyi ölkənin komandasına qarşı 3-cü finalda 2-ci qələbəsini qazandı. Paytaxt təmsilçisi bundan əvvəl UEFA Kubokunun 1971/72 mövsümünün həlledici mərhələsində “Vulverhempton”a iki oyunun ümumi nəticəsinə əsasən 3:2 hesabıyla qalib gəlmiş, Çempionlar Liqasının (ÇL) 2018/19 mövsümünün finalında isə “Liverpul”a 0:2 hesabıyla uduzmuşdu.
* “Tottenhem” 41 ildən sonra qitə kubokunun qalibi oldu. Paytaxt komandası 1971/72 və 1983/84 mövsümlərində UEFA Kubokunda qalib gəlmişdi. “Mahmızlar”ın tarixində sonuncu titulunu İngiltərə Liqa Kubokunun 2007/08 mövsümündə qazandıqlarını da xatırladaq.
* Postekoğlu çalışdırdığı klublarla bir qayda olaraq ikinci mövsümdə titul qazanmaq ənənəsini davam etdirdi. “Tottenhem”in avstraliyalı baş məşqçisi bundan əvvəl “Saut Melburn”u 1997/98 mövsümündə, “Brisben Roar”ı 2010/11 mövsümündə Avstraliya çempionatında, “Yokohama”nı 2019-cu ildə Yaponiya çempionatında, “Seltik”i isə 2022/23 mövsümündə bütün daxili yarışlarda qələbəyə daşımışdı.
* “Tottenhem” bu mövsüm MY-yə qarşı keçirdiyi 4-cü matçda da qalib gəldi. Paytaxt klubu bu rəqibini premyer-liqada evdə 1:0, səfərdə 3:0, İngiltərə Liqa Kubokunun Londonda keçirilən 1/4 finalında isə 4:3 hesabıyla məğlub etmişdi. “Mahmızlar” mançesterliləri tarixində ilk dəfə ardıcıl 4 oyunda məğlub etdilər.
* “Tottenhem”in “Yunayted”ə qarşı bütün turnirlərdəki məğlubiyyətsiz seriyası 7 oyuna çatdı. Bu seriyada 5 qələbə qazanan londonlular 2 dəfə heç-heçəyə razılaşıblar. MY-nin paytaxt təmsilçisi üzərindəki sonuncu qələbəsini 2022-ci ilin oktyabrında qazandığını da qeyd edək. Onda Fred ilə Fernandeşin qolları “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsini təmin etmişdi.
* MY AL-in 2024/25 mövsümündə ilk dəfə uduzdu. Amorimin komandası finala qədər keçirdiyi 14 oyundan 9 qələbə və 5 heç-heçə ilə ayrılmışdı. “Yunayted” Aleks Ferqyusonun rəhbərliyi altında avrokuboklarda nail olduğu 15 oyunluq məğlubiyyətsizlik rekordunu təkrarlaya bilmədi.
* MY 2008/09 mövsümündən başlayaraq oynadığı əsas avrokubokların 5 finalından yalnız birində qalib gəlib. Ötən müddətdə Ferqyusonla ÇL-in iki həlledici oyununda “Barselona”ya uduzan komanda Ole Qunnar Sulşerlə AL-in finalında “Vilyarreral”a boyun əyib. Son 16 ildə MY-ni avrokubokda qələbəyə yalnız Joze Mourinyo daşıyıb. İngiltərə nəhəngi AL-də “Ayaks”a üstün gəlib. 2017-ci ildə Avropa Superkuboku uğrunda matçda “Real”a məğlubiyyəti də nəzərə alsaq, “Yunayted” qitə arenasında 6 həlledici oyunda 5 dəfə uduzub.
* MY cari mövsümdə bütün turnirlərdə 20-ci dəfə uduzdu. İngiltərə nəhəngi yüksək liqanı tərk etdiyi 1973/74 mövsümündən sonra ilk dəfə azı bu qədər məğlub oldu. Xatırladaq ki, “Yunayted” onda ölkə çempionatında keçirdiyi 42 oyunda 20, İngiltərə kuboku və Liqa Kubokunda isə 1 məğlubiyyət almışdı.
* MY cari mövsümdə 31-ci oyunda qapısından ilk topu buraxan komanda oldu. Komandanın bütün turnirlərdə 59 matç keçirdiyini qeyd edək.
* MY baş məşqçi vəzifəsinə ötən ilin noyabrında təyinat alan Amorimin rəhbərliyi altında keçirdiyi 40-cı oyunda 16-cı dəfə uduzdu. Qələbələrin sayı da 16-ya bərabərdi.
* Onana (MY) karyerasında iştirakçısı olduğu 3-cü avrokubok finalında da məğlubiyyət acısı yaşadı.
* Kazemironun (MY) avrokubokların finallarında ardıcıl 7 qələbəlik seriyası qırıldı.
* Finaldakı məğlubiyyətdən sonra MY-nin səhmlərinin dəyəri 7 faiz azalıb.
Yeri gəlmişkən...
MY 2014/15 mövsümündən sonra ilk dəfə avrokuboklarda çıxış etməyəcək. Komandanın son 36 ildə ikinci dəfə qitə arenasında görünməyəcəyini də bildirək. Xatırladaq ki, “Yunayted” 1985-90-cı illərdə UEFA-nın İngiltərə klublarına tətbiq etdiyi 5 illik (“Liverpul”a 7 illik) qadağa ilə bağlı sanksiyasına görə avrokuboklarda iştirak etməyib.
Oyundan sonra
Angelos Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Hələ də başverənləri təhlil etməyə çalışıram. Bu uğurun klubumuz üçün nə qədər vacib olduğunu başa düşürəm. Təəssüf ki, kuboksuz dövr nə qədər uzanırsa, titul qazanmaq bir o qədər çətinləşir. Həmişə düşünürdüm ki, pley-off futbolu çempionatdan fərqlidi. Belə vəziyyətdə olanda yaxşı təşkilatlanmalı, özünə inanmalı, dəqiq oyun planına sahib olmalı və əsas məqamlara diqqət yetirməlisən. Etibarlı müdafiə olunmaqla rəqibin şanslarını minimuma endirmək vacibdi. Oyun zamanı özümü inamlı hiss etdim. Bilirdim ki, hesabda  önə keçsək, rəqibin təhlükə yaratmaq cəhdlərinin çoxunu zərərsizləşdirə bilərik. Bəli, bir müddət əvvəl çalışdırdığım komandalarla ikinci mövsümdə titul qazandığımı demişdim. Bu fikrimi bəziləri düzgün anlamamışdılar. Özümü bununla öymək istəməmişdim, sadəcə, bu tendensiyaya inamımı ifadə etmişdim.Çempionatdakı nəticələrimizin dəhşətli olduğunu bilirdim. Belə məqamda klubu yalnız mövsümü hansısa titulla başa vurmağın dəyişə biləcəyini düşünmüşdüm. Avropa Liqasında qələbəni hələ yanvarda özüm üçün hədəf seçmişdim”.


Ruben Amorim, “Mançester Yunayted”in baş məşqçisi:

“İndi burdakı gələcəyim haqda heç nə deməyəcəm. Hazırda yalnız bu məğlubiyyətin acısını yaşamağa məhkumuq. Fikrimcə, matçın ən yaxşı komandası idik, ancaq heç cür qol vura bilmədik. Əminəm ki, hələ də əvvəlki kimiyəm. Azarkeşlərin növbəti mövsümdə çox az səbr edəcəklərini bilirəm. Amma sizə zəmanət verirəm ki, təslim olmayacaq və bu klubdan getməyəcəm. Özümə həqiqətən arxayınam. Klubu tanıyıram, “Yunayted”in baş məşqçisi olmağın nə demək olduğunu bilirəm. Bu komandanın nəyə ehtiyacı olduğunu başa düşürəm. Desələr ki, məşqçini dəyişmək daha yaxşı çıxış yoludu, özüm getməyə razılaşacam. Amma rəhbərlik hələ belə bir variant haqda düşünmür”.


Maraqlıdı...
Final matçından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanıb. Turnirin qalibi olan “Tottenhem”in futbolçularının bəzilərinə medal çatmayıb. Son Hın Min, Rodriqo Bentankur və Kristian Romero mükafatlandırma mərasimində medalsız qalıblar. Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. UEFA-nın prezidenti bundan sonra boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib. UEFA az sonra problemin London klubundan medal almaq üçün platformaya həddən artıq futbol adamının çıxmasıyla bağlı olduğuna və həmin üç futbolçuya paltardəyişmə otağında medal verildiyinə aydınlıq gətirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see200

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see172

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see145

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see141

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see138

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see137

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see134

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see131

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see130

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see126

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri