Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Turan Tovuz” Misli Premyer Liqasında sonuncu - 33-cü turda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
QOL.az xəbər verir ki, rəsmi məlumatda buna səbəb kimi Tovuz şəhər stadionunda təmir-bərpa işləri göstərilib:
“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.
Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının 33-xü turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.
Dəyərli "Turan" ailəsi!
Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.
Xatırladaq ki, 2026/27 mövsümündə "Turan Tovuz" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 18 May 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















