Icma.az
close
up
RU
Tovuz STEAM Mərkəzinin şagirdləri dünya çempionatına vəsiqə qazanıblar

Tovuz STEAM Mərkəzinin şagirdləri dünya çempionatına vəsiqə qazanıblar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tovuz, 30 may, Ruslan Novruzoğlu. AZƏRTAC

“STEAM Azərbaycan”ın təşkilatçılığı ilə "H2 Grand Prix Pro" yarışının respublika turniri keçirilib. Yarışda ölkənin müxtəlif regionlarından 20-dən çox komanda hidrogen enerjisi ilə işləyən avtomobillərlə bacarıqlarını nümayiş etdirib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Tovuz STEAM Mərkəzinin şagirdləri turnirdə qalib gələrək, Almaniyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar. Dörd nəfərlik komandanın üzvləri məktəbin STEAM Mərkəzində yığılmış avtomobillərini daha da təkmilləşdirərək, dünya çempionatına hazırlaşırlar.

Rayonun müxtəlif məktəblərindən olan şagirdlər Tovuz rayonunun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin STEAM Mərkəzindəki texniki imkanlardan yararlanıblar. Onlar yarışa bu mərkəzdə hazırlaşıblar və burada yığıb ərsəyə gətirdikləri avtomobillə turnirdə iştirak ediblər. Komanda “Speed Switch” adı ilə Tovuz STEAM Mərkəzini təmsil edib. Dörd nəfrərlik komanda turnirdə qalib gəlib.

Komandanın pilotu, Bozalqanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Mirhəşim Məmmədli deyib ki, həm dizayn, həm də mexaniki yığım özlərinə aiddir. Mirhəşimlə bərabər, komanda da Nuray, Ələsgər və Əli də təmsil olunub. Onlar layihədə mexanik kimi yer alıblar.

Tovuz şəhər Elxan Məmmədov adına tam orta məktəbin 9-cu sinif şagirdi Nuray Əhmədlinin sözlərinə görə, qalib gəlmələrində ən vacib məqamlardan biri hazırladıqları avtomobilin dözümlü və mühəndislik cəhətdən yüksək səviyyədə yığılması olub: “Yarışda bəzi komandaların avtomobillərinin mühərrik hissəsində, yığım batareyasında yanmalar baş verdi. Bizdə isə belə hallar olmadı. Dünya çempionatına gedəcəyik. Buradakı yarışda bəzi komandalarda gördüyümüz səhvləri etməməyə çalışacağıq ki, yenə də yaxşı nəticə göstərək”.

Komandalar həm sürət, həm də enerji səmərəliliyi və texniki yaradıcılıq üzrə yarışıb. Qalib “Speed switch” komandası beynəlxalq mərhələyə vəsiqə qazanaraq, ölkəmizi dünyada təmsil etməyə hazırlaşır. Növbəti yarış Almaniyada keçiriləcək.

“Bu yarış 4 saat müddətində davam etdi və çox çətin yarışlardan biri idi. Respublika birincisi olan komandamız dünya çempionatında bizi təmsil edəcək. İndi dünya çempionatına hazırlaşırıq”, - deyə Tovuz STEAM Mərkəzinin əməkdaşı Günel Hacıyeva vurğulayıb.

Qeyd edək ki, STEAM Mərkəzi Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbində 4 ildir fəaliyyət göstərir. Burada müxtəlif modullar üzrə ibtidai sinifdən başlayaraq 11-ci sinfə qədər təlimlər təşkil olunur, həmçinin beynəlxalq və yerli yarışlara hazırlıq keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri