Şuşa Rayon İcra Hakimiyyətində 2025 ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yanvarın 16-da Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Yeni Azərbaycan Partiyası Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətindən “525”ə verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu öndərin xatirəsi ehtiramla yad olunub. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bir sıra fikirləri hesabat yığıncağının iştirakçılarının nəzərinə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən ilin yekunlarına dair Azərbaycan mediasına verdiyi müsahibə dövlətimiz və xalqımız üçün görülmüş işlərin real sübutudur. Cənab Prezidentin vurğuladığı kimi, keçən il ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il sayılır, bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaqdır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulub.
Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və bu il çərçivəsində rayonda sosial-iqtisadi, ictimai-siyasi, kənd təsərrüfatı və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb, 2025-ci ildə Şuşa Zəfərinin 5 illik yubileyini yaşadığımızı, bu böyük Zəfərin Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Milli Ordumuzun mərd oğullarının qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanıldığını, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror əməliyyatının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini nəzərə çatdırıb.
İcra başçısı yerli icra hakimiyyətlərinin Əsasnaməsinə, Prezident Administrasiyasının tapşırıqlarına, müvafiq icra hakimiyyəti orqanlarının göstərişlərinə uyğun olaraq qarşıdakı illərdə də Şuşa rayonunun sosial, iqtisadi, ictimai və siyasi həyatının qanunlara uyğun idarə olunmasına nəzarət ediləcəyini, “Böyük Qayıdış Proqramı”nın həyata keçirilməsinin fəaliyyətin prioritet məsələsi kimi qəbul olunacağını vurğulayıb.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ərzində həyata keçirilən dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd edib.
Milli Məclisin deputatı Polad Bülbüloğlu çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın füsunkar şəhərə çevrilməsi, şəhərdə gedən böyük bərpa-quruculuq işləri, tarixi abidələrin, məscidlərin, muzeylərin və yaşayış binalarının tikintisi, nəqliyyat infrastrukturunun, enerji, su və rabitə sistemlərinin yenilənməsi, əhalinin mərhələli şəkildə köçürülməsi, sosial obyektlərin tikintisi barədə yığıncaq iştirakçılarına geniş məlumat verib.
Yeni Azərbaycan Partiyası Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa rayon prokurorunun müavini Gülşən Hacıyeva, Vətən müharibəsi qazisi, I qrup əlil, Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, baş leytenant Hüseyn Ələkbərli ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıb, Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işlərindən danışıblar.
Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi Ülviyyə Bağırova yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətnini oxuyub.
Tədbirin sonunda Şuşa Uşaq-Gənclər İdman Məktəbinin Azərbaycan çempionatında yüksək nəticələr əldə edərək qızıl medal qazanmış bir qrup idmançısına Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 16 Yanvar 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















