Icma.az
close
up
RU
“Şimal”ın prezidenti “İmişli”nin sirrini açdı “Pələnglər” gizlincə yoxlama oyunu keçirib!

“Şimal”ın prezidenti “İmişli”nin sirrini açdı “Pələnglər” gizlincə yoxlama oyunu keçirib!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xatırlayırsızsa, hələ qış fasiləsinin ilk günlərində premyer-liqa klublarının hazırlıq planını nəzərinizə çatdırmışdıq. Həmin siyahıdan yalnız “İmişli” təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunları haqda ətraflı bilgi verməmişdi.

Məlumdu ki, hazırda, demək olar, bütün komandalar sınaqçı-rəqiblərlə qarşılaşıb. Hətta iki oyun keçirənlər də var. Biz yalnız “İmişli” və “Karvan-Yevlax”ın hələ yoxlama matçlarında qüvvəsini sınamadıqlarını düşünürdük ki, dünən aldığımız xəbərdən sonra yanlış bilgi sahibi olduğumuz üzə çıxdı. Ancaq gərək oxucular buna görə bizi qınamasın. Ona görə ki, günah təkcə bizdə deyil.
Söhbət ondan gedir ki, “İmişli” bu həftə yoxlama oyunu keçirib. “Şimal”la qarşılaşan komanda 5:0 hesablı qələbə qazanıb. İş ondadı ki, bunu “pələnglər”in sosial şəbəkə hesablarından yox, həmin görüşdəki rəqibinin – “Şimal”ın prezidenti Qılman İbrahimovdan öyrəndik!
Əlbəttə, premyer-liqa klublarının sayt və sosial şəbəkə hesabları daim diqqətimizdədi. Ancaq peşəkarlığın tələb etdiyi qaydalara riayət etməkdən çəkinmədən Aran təmsilçisinin sosial şəbəkə hesablarına yenidən baxdıq. Necə deyərlər, səhvi özümüzdə axtardıq. Hər halda, ortada belə vacib informasiyanı gözdən qaçırmaq riski var idi. Lakin araşdırmadan sonra məlum oldu ki, klub özü yoxlama oyunlarının keçirilmə tarixini və sınaqçı-rəqibi açıqlamayıb. Təbii ki, ilk ağla gələn sual budu: niyə?!
Dərhal klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu ilə əlaqə saxladıq. "Football-plus.az"a açıqlama verən “İmişli” rəsmisi bildirdi ki, yoxlama oyunlarıyla bağlı ictimaiyyətə açıq paylaşım nəzərdə tutulmayıb. Bu, klub rəhbərliyinin və texniki heyətin qərarıdı.
Açıqlamadan da göründüyü kimi, sualımız cavabsız qaldı. Lakin “pələnglər”in bu addımı rəqiblərindən gizlənmək üçün atdığı gün kimi aydındı. Hər halda, Aran təmsilçisi premyer-liqada qalmaq uğrunda “Şamaxı”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax”la rəqabət aparır. Lakin başqa məqam da göz çıxarır: bu qərar peşəkarlıqla düz gəlmir, uyuşmur! Axı “Karvan-Yevlax” istisna olmaqla yuxarıda adları sadalanan komandaların keçirdiyi yoxlama oyunları haqda ətraflı məlumatı dərc etmişik. Hətta canlı yayınlanmayan oyunlarda belə hadisələrin axarına varmışıq. Və etiraf edək ki, bir çox məqamı klub rəsmilərinin yardımı sayəsində işıqlandırmışıq.
Əlbəttə, “Qarabağ” bir çox məsələdə premyer-liqa klubları üçün parlaq nümunədi. Elə bu mövzuda da məhz Ağdam təmsilçisinin davranışından bəhs etməyə ehtiyac var. Ona görə ki, bir neçə gün sonra Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Frankfrut “Ayntraxt”ını qəbul edəcək və pley-offa vəsiqə qazanmaq uğrunda amansız mübarizə şəraitində top qovacaq komandanın yoxlama oyunları canlı yayınlanır! Bu barədə danışarkən avrokuboklarda iştirak etmək niyyətində olan “Neftçi”nin yoxlama matçlarından yayınlanan icmalları da nümunə göstərmək olar. Düzü, “İmişli” üçün azı start heyətini gizlətməyən klublar belə ciddi peşəkarlıq nümunəsidi, nəinki həmin oyunlara yollanan media nümayəndələrini qonaq kimi qəbul edənlər. Ancaq Aran təmsilçisi özündən Amerika kəşf etməyi lazım bilir.
Təbii ki, media nümayəndələri olaraq, bütün klublara hörmətlə yanaşırıq. İstənilən halda, hörmət komandanın mövqeyindən asılı olmayan məsələdi. Lakin “İmişli”nin taktiki planlarını həyata keçirmək, oyun strategiyalarını təkmilləşdirmək məqsədilə qarşılaşdığı “Şimal” 1-ci liqanın ən zəif komandasıdı. Yəni premyer-liqanın ortabab komandaları sırasında qərarlaşan “pələnglər”in belə rəqiblə qarşılaşma zamanı hansısa boşluqları görməsi demək olar ki, mümkün deyil. Elə yekun hesab da buna ən ciddi sübutdu. Bəs, “İmişli”nin məqsədi nədi? Daha bir maraqlı sual: gizlənmək qorxaqlıq əlamətidi, yoxsa hiyləgərlik?
KƏNAN BAHADIR

P.S. Bir tərəfdən də düşünürük ki, nə yaxşı “İmişli” çempionluq uğrunda mübarizə aparmır. Elə olsaydı, klubun bazası üzərindən quş uçmağa belə icazə verməzdilər. Macəra dolu “İmişli”!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri