Tovuzda ağır qəza baş verdi, hərbçilər həlak oldu YENİLƏNİB/FOTO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobili ilə VAZ 2106 markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*** 21:13
Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 27 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















