Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Tovuzda “qızıl balıq” da yetişdirilir

Tovuzda “qızıl balıq” da yetişdirilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tovuz uzun illərdir üzümçülüyü, meyvəçiliyi, taxılçılığı ilə tanınır. İndi isə rayonun aqrar xəritəsində yeni bir istiqamət də getdikcə daha çox diqqət çəkir–balıqçılıq. Dövlət Proqramının yaratdığı imkanlardan istifadə etməklə bu sahənin inkişafı artıq Tovuzda da praktik müstəviyə keçib.

Rayon rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırması da təsadüfi deyil. Məqsəd təkcə yeni istehsal sahəsi yaratmaq yox, həm də Tovuzda yetişdirilən keyfiyyətli balıq məhsullarının ölkə bazarında öz layiqli yerini tutmasına nail olmaqdır.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Azaflı kəndində Qəzənfər Yusifovun yaratdığı balıqçılıq təsərrüfatında olub.

Rayon rəhbəri təsərrüfatda yaradılmış şərait, istehsal prosesi və görülən işlərlə yaxından tanış olub, burada yetişdirilən əlvan farel balıqlarına baxış keçirib. Görüş zamanı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, balıqçılıq və akvakultura sahəsində dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və təsərrüfatın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mövcud potensialdan daha səmərəli istifadə edilməklə istehsal həcminin artırılması, məhsulların rayon daxilində olduğu kimi, ölkənin digər bölgələrinin bazarlarına da çıxarılması üçün geniş imkanlar mövcuddur. Bu istiqamətdə təsərrüfat rəhbərinə müvafiq tövsiyələr verilib.

Təsərrüfatın rəhbəri Qəzənfər Yusifov müəssisənin fəaliyyəti, istehsal imkanları, yetişdirilən balıq növləri və gələcək inkişaf planları barədə ətraflı məlumat verib. O bildirib ki, Dövlət Proqramının yaratdığı imkanlardan yararlanmaqla təsərrüfatın genişləndirilməsi, istehsal gücünün artırılması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və həyata keçirilən məqsədyönlü dövlət siyasəti regionlarda kənd təsərrüfatının bütün istiqamətləri kimi, balıqçılıq və akvakultura sahəsinin də inkişafına mühüm təkan verir. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri sahibkarların fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və yerli istehsalın artmasına əlverişli şərait yaradır.

Qeyd olunub ki, təsərrüfatda yüksək keyfiyyətli əlvan farel balıqları yetişdirilir və istehsalın daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Sonda təsərrüfatın rəhbəri göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri