Tovuzdakı kütləvi zəhərlənmə ilə bağlı TƏBİBdən AÇIQLAMA
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tovuz rayonunda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, TƏBİB-dən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”, - TƏBİB-in məlumatında qeyd olunub.
Bizim.Media


