Icma.az
close
up
RU
Tovuzluların “Turan Tovuz”a vurduğu ziyan ələ ovuca sığmır! YAZI

Tovuzluların “Turan Tovuz”a vurduğu ziyan ələ ovuca sığmır! YAZI

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Turan Tovuz” Misli premyer-liqasının 31-ci turu çərçivəsində “Araz-Naxçıvan”ın meydanından bir xalla ayrıldı (1:1). Baxmayaraq ki, “bozqurd” qələbə qazansa, aradakı 5 xal fərqini azalda, avrokuboklara aparan yolu qısalda bilərdi.

Hər halda, Kurban Berdıyevin komandası azarkeşləri üzdü. İş ondadı ki, “Liv Bona Dea Arena”ya toplaşan tovuzlu tərəfdarlar vacib oyunda xal itkisinə baxmayaraq, pirotexniki vasitələrdən yararlandı. AFFA İntizam Komitəsinin nəzərindən yayınmayan qayda pozuntusu klubu təbii olaraq 1500 manat ziyana saldı. Qəribə deyilmi? Xal itkisi, ölkəmizi avrokuboklarda təmsil etmək ehtimalının azalması fonunda pirotexniki vasitəyə nə ehtiyac var? “Turan Tovuz”un xüsusilə infrastruktur məsələləriylə bağlı genişmiqyaslı planları varsa, kluba maddi ziyan vurmaq nə dərəcədə məntiqəuyğundu?
Və təəssüf ki, hər şey bununla yekunlaşmır. Tovuzlu tərəfdarlar 12-ci turun “Turan Tovuz” – “Qarabağ”, 19-cu turun “Kəpəz” – “Turan Tovuz” oyunlarında da pirotexniki vasitədən istifadə edib. Bu o deməkdi ki, “bozqurd” indiyə qədər bu qayda pozuntusu üzündən 4500 manat ziyana düşüb. Amma tərəfdarların kluba vurduğu maddi zərər bununla da bitmir!
Azarkeşlər cari mövsüm ərzində 4 matçda meydana kənar əşyalar atıb ki, klub hərəsinə görə 800 manat cərimələnib. Həmçinin “Turan Tovuz” tərəfdarlarının hakimlərin və rəqib komandaların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi üzündən hələ davam edən futbol ili”ndə 3800 manat itirib.
Beləliklə, klub mövsüm ərzində azarkeşləri üzündən 11500 manat cərimələnib.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri