Icma.az
close
up
RU
Toy planlaşdıranların nəzərinə: Qaydalar dəyişdi Açıqlama

Toy planlaşdıranların nəzərinə: Qaydalar dəyişdi Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Məhərrəmlik ayının başa çatması ilə Azərbaycanda toy mövsümünün yenidən aktivləşəcəyi gözlənilir. Toyların sayının artması ilə şadlıq saraylarında qiymətlər, menyu xərcləri və ümumi mərasim büdcəsi yenidən gündəmə gəlir.
Artan tələbat fonunda qiymətlərin dəyişib-dəyişməyəcəyi, şadlıq saraylarında xidmət haqlarının formalaşmasına hansı amillərin təsir etdiyi və bahalaşmanın ailələrin toy xərclərinə necə təsir etdiyi maraq doğurur.
Toy mövsümünün başlaması ilə şadlıq saraylarında qiymət artımı gözlənilirmi? Bu sahədə qiymətlərin formalaşmasına hansı amillər təsir edir və artan xərclər ailələrin toy büdcəsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, toy mövsümünün başlaması ilə şadlıq saraylarında qiymət artımının baş verməsi gözləniləndir və bunu bazarın mövcud iqtisadi reallıqları ilə izah etmək olar.

Onun sözlərinə görə, son dövrlərdə demək olar ki, bütün sahələrdə qiymətlər yüksəlib. Ərzaq məhsullarının bahalaşması, kommunal xərclərin artması, əməkhaqlarının artması, xidmət sektorunda yaranan əlavə xərclər və ümumi inflyasiya şadlıq saraylarının fəaliyyətinə də birbaşa təsir göstərir:
“Toy xidmətləri də digər xidmət sahələri kimi bu xərclərdən kənarda qala bilməz. Buna görə də toy paketlərinin qiymətlərində müəyyən artımın olması qaçılmaz görünür.
Bundan əlavə, qiymətlərin formalaşmasına təsir edən mühüm amillərdən biri də vergi yükündə baş verən dəyişikliklərdir. Son illərdə şadlıq saraylarının fəaliyyətinə dövlət nəzarəti daha da gücləndirilib, nağdsız ödənişlərin həcmi artıb və vergi uçotu əvvəlki illərlə müqayisədə daha şəffaf şəkildə aparılır. Nəticədə şadlıq saraylarının vergi ödənişləri artır və bu əlavə maliyyə yükü təbii olaraq göstərilən xidmətin maya dəyərinə təsir edir. Sahibkarlar da çəkdikləri əlavə xərcləri kompensasiya etmək üçün xidmət qiymətlərini artırmağa məcbur qalırlar.
Mövcud vəziyyəti nəzərə alsaq, toy mövsümündə şadlıq saraylarında qiymətlərin orta hesabla 10-15 faiz artacağı gözlənilir. Lakin bu artım bütün obyektlərdə eyni səviyyədə olmayacaq. Qiymət siyasəti hər bir şadlıq sarayının xidmət keyfiyyətindən, yerləşdiyi ərazidən, tutumundan və təqdim etdiyi əlavə xidmətlərdən asılı olaraq fərqlənə bilər.
Digər mühüm amil isə bazarda tələb və təklif münasibətləridir. Əgər Məhərrəmlik ayından sonra toy etmək istəyənlərin sayı çox olarsa, şadlıq saraylarının doluluq səviyyəsi yüksələcək və bu da qiymətlərin daha da artmasına səbəb ola bilər. Xüsusilə həftəsonları və daha çox tələbat olan tarixlərdə qiymətlərin adi günlərlə müqayisədə daha yüksək olması mümkündür.
Ancaq məsələnin digər tərəfi də var. Son illər müxtəlif sosial və iqtisadi səbəblərdən evlənənlərin sayında müəyyən azalma müşahidə olunur. Gənclərin maddi imkanlarının məhdudlaşması, mənzil problemi, kredit öhdəlikləri və ailə qurma yaşının yüksəlməsi toy bazarında tələbin əvvəlki illərlə müqayisədə zəifləməsinə səbəb olan amillərdəndir. Əgər bu tendensiya davam edərsə və toy sifarişlərinin sayı gözlənilən qədər çox olmazsa, şadlıq sarayları müştəri cəlb etmək üçün qiymət artımını məhdud saxlaya və ya müxtəlif endirim kampaniyalarına üstünlük verə bilərlər.
Yəni qiymətlərin hansı səviyyədə formalaşacağını yalnız artan xərclər deyil, eyni zamanda bazardakı real tələbin həcmi müəyyən edəcək. Əgər tələb yüksək olarsa, qiymətlərin daha çox artması mümkündür. Əksinə, sifarişlərin sayı gözləniləndən az olarsa, qiymət artımı 10-15 faizdən də aşağı səviyyədə qala və ya bəzi şadlıq saraylarında ümumiyyətlə hiss olunmaya bilər. Buna görə də toy bazarında qiymətlərin yekun formalaşması həm iqtisadi amillərdən, həm də mövsüm ərzində müşahidə olunacaq tələb səviyyəsindən birbaşa asılı olacaq”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri