Icma.az
close
up
RU
Toydan sonra dava düşdü Nə baxırsan? deyib bakalı başına çırpdı

Toydan sonra dava düşdü Nə baxırsan? deyib bakalı başına çırpdı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Yevlax rayonunda toydan çıxan şəxslər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 9-da baş verib. 1993-cü il təvəllüdlü Şirvan həmin gün saat 21 radələrində ictimai iaşə obyekti olan “Çinar” restoranında olan kabinetdə digər şəxslərlə oturaraq spirtli içki olan pivə içərkən əvvəllər tanıdığı Bəhruzun (adlar şərtidir – red.) onun oturduğu həmin kabinetin qapısını açaraq içəri baxıb. 
Bu zaman o, Bəhruzdan “nə səbəbdən bu qapını açırsan” deyərək ona qarşı heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyüb. Bəhruz ona nəzakətli olmasını deyəndən sonra restoranın otağında olan digər şəxslərin yanında alkoqol sərxoşluğu vəziyyətində mübahisə yaradıb. 
Şirvan otaqda olan stolun üzərindən şüşə materialdan olan pivə bakalını əli ilə götürüb və həmin pivə bakalı Bəhruzun başına çırpıb. Bu hərəkətləri ilə Bəhruza müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, restoran sahibinə isə pivə bakalının sınması nəticəsində 1 manat 89 qəpik məbləğində ziyan vurub. 
İş üzrə ifadə verən Şirvan ona elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ötən ilin sentyabrın 9-da, saat 17 radələrində “Turan” şadlıq sarayına toya gedib:
“Bir müddət toyda oturduqdan sonra çıxdım, çay içmək üçün taksi ilə “Çinar” restoranına getdim. Dostum ilə birlikdə kabinetdə əyləşdik, çay sifariş etdik. Toyda bir qədər spirtli içki qəbul etmişdik. Ona görə də baş verənləri tam xatırlamıram. Zərərçəkmiş Bəhruzla heç bir ədavət və düşmənçiliyim yoxdur. Nə olubsa içkinin sərxoşluğu ilə anlaşılmazlıqdan olub”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı ödəməyinin nəzərə alınmasını xahiş edib. 
İş üzrə zərərçəkmiş Bəhruzun sözlərinə görə, sentyabrın 9-da başında və sağ qolunda aldığı xəsarətlərlə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasına özü müraciət edib:
“Həmin gün saat 17 radələrində dostum Xəlil ilə birlikdə “Turan” şadlıq sarayına toya getmişdim. Toyda təxminən 3-4 saat oturduqdan sonra çay içmək üçün “Çinar” restoranına yollandıq. Çöldə yerləşən stolların birində əyləşdik. Toyda bir qədər spirtli içki qəbul etdik. Ona görə də baş verənləri tam xatırlamıram. Şirvanla aramızda nə baş veribsə, hər ikimizin sərxoşluğu səbəbi ilə anlaşılmazlıqdan olub”.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə maddəsi tətbiq edilib, təqsirləndirilən şəxsə 2 il sınaq müddəti olmaqla 2 il 5 ay 28 gün müddətinə şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri