Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Toydan sonra sərxoşluq faciəyə səbəb oldu: dostunu döyüb öldürdü,12 il həbs cəzası verildi

Toydan sonra sərxoşluq faciəyə səbəb oldu: dostunu döyüb öldürdü,12 il həbs cəzası verildi

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Toydan çıxdıqdan sonra özünü maşınların altına atan şəxs ona müdaxilə edən dostunu döyüb. Sərxoş şəxs dostuna ağır zərbələr endirib. Xəsarət alan şəxs hadisədən 11 gün sonra dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, hadisə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydə alınıb.
32 yaşlı Seyidağa Rüstəmov Füzuli rayonunda toy məclisindən sorxoş vəziyyətdə Yeni Mil qəsəbəsinə qayıdıb. Orada sərxoş vəziyyətdə yol kənarında dayanaraq hərəkətdə olan maşınlara işarə edərək saxlatdırmağa başlayıb. Sonra da həmin maşınların sürücüləri ilə mübahisə edib.
Hadisə yerində olan Seyidağanın dostu Ramil Rzayev buna müdaxilə edib. Ramil də hadisə zamanı az miqdarda spirtli içki qəbul edibmiş. Ramil Seyidağanı tutaraq yoldan çıxarıb və kənara çəkilməsini istəyib. Seyidağa buna əsəbiləşərək Ramilə yumruq zərbələri endirməyə başlayıb. Yerə yıxılan Ramil bir müddət sonra ayılıb. Hadisə yerinə Ramilin valideynləri də gəlib. Ramilin üzünə su vuraraq onu ayıldıblar. Lakin vəziyyəti pisləşməyə başladığı üçün onu xəstəxanaya aparıblar. Beyləqan rayonunda yerləşən xəstəxanada Ramilin vəziyyətinin ağır olduğu deyilib və təcili olaraq Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətiriblər.
Ramil Bakıda 11 gün müalicə aldıqdan sonra dünyasını dəyişib.
Elan edilmiş ittihamla Seyidağa özünü qismən təqsirli bilib və deyib ki, dostu Ramillə düşmənçiliyi olmayıb. Onun sözlərinə görə, hadisə zamanı içkili olduğu üçün bu hadisə baş verib.
Seyidağa bildirib ki, hadisə zamanı özünü maşınların altına atmırmış:
“Beyləqana getmək üçün maşın axtarırdım. Ona görə də maşınlara əl edirdim. Ramil də bunu səhv başa düşdü. Ramili necə vurduğumu xatırlamıram. Məqsədim əlbəttə, onu öldürmək olmayıb. Atası gələndə birlikdə onun üzünə su vururduq. Sonra mən evə getdim. Ramilin vəziyyəti pisləşəndə atam dedi ki, polisə təslim olum”.
Məhkəmədə mərhumun anası hüquqi varis kimi dindirilən zaman Seyidağanın çox avara adam olduğunu deyib:
“Seyidağanı qəsəbədə əhalini narahat edən, xuliqan biri kimi tanıyıram. Seyidağa kənddə adamlara yaxınlaşaraq siqaret almaq üçün pul istəyirdi. Davranışları da hamı tərəfindən pis qarşılanırdı”.
Mərhumun anası iddia edib ki, oğlunu Seyidağadan başqa şəxslər də döyüb. Bildirib ki, Seyidağa onun oğlunu qəsdən öldürdüyü üçün maddə tövsif edilməlidir.
Seyidağa isə ifadəsinə əlavə edib ki, Ramili vurandan sonra başı yerə dəydiyi üçün ağır xəsarət alıb.
Seyidağa Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma və xuliqanlıq maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.(musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see254

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see237

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see213

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see189

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see187

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see158

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see155

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see143

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see135

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri