Icma.az
close
up
RU
Toydan sonra yasda da dəvətnamə trendi din buna necə baxır? AÇIQLAMA

Toydan sonra yasda da dəvətnamə trendi din buna necə baxır? AÇIQLAMA

Icma.az bildirir, Olke.az portalına istinadən.

Son illər cəmiyyətdə yas mərasimlərinə yanaşmada da dəyişikliklər müşahidə olunur. Əvvəllər yalnız toy və digər şənliklər üçün dəvətnamələr hazırlanırdısa, indi bu ənənə yas mərasimlərinə də keçib. Artıq bəzi ailələr yas mərasimlərinə qohum və tanışları rəsmi dəvətnamə vasitəsilə çağırır.

Bəs bu adət ənənəvi dini qaydalarla nə dərəcədə uzlaşır?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdulla bildirib ki, Azərbaycan xalqının əksəriyyəti dini də ənənə halına salıb.

Onun sözlərinə görə, lakin yas din hesab olunur, toy isə yox:

"Yasda din qabardılır, toyda yox. Bu, ayrı məsələdir. İkincisi, yas məclisi keçirmək kimi bir zərurət dində yoxdur. Amma mərhuma qüsl vermək, hənut, kəfənləmək, meyit namazı qılmaq və dəfn etmək vacibdir. Digər şaxələr sadəcə fərdlərə qalan işdir. Yəni yas mərasimlərinin təfərrüatı camaatın öz təşəbbüsüdür.

Üçüncü, dəvətnamə paylamaq din deyil, dini göstəriş deyil ki, biz bunu zərurət bilək. Daha öncələr də şəxsləri müəyyən vasitələrlə yas məclisinə dəvət edirdilər. 

Dəvətnamə paylamaq şəriət hökmü deyil. Paylamaq, ya paylamamaq nə vacib, nə haram məsələ deyil. Şəxs özü bilər, nə edir. Bəzən belə şeyləri dinin göstəricisi altında məsxərə edirlər.  Mənim məqsədim bunun din olmadığını bildirməkdir. 

Sual budur ki, bu, düz bir addımdır, ya yox? Bu isə insanlar arasında hökm sürən və dinə zidd olmayan meyarlar çərçivəsindəki ürfi ənənələrə bağlı şeydir. Camaatın da təkcə yas yox, məişət həyatının bütün sahələrinə belə vasvasılıqla yanaşmalarını təvəqqe edərdim. Çünki din yasla məhdudlaşmır".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri