Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Bütün yollar Şuşaya gedirdi...

Bütün yollar Şuşaya gedirdi...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu möhtəşəm hərbi yürüş Azərbaycana tarixi Zəfər qazandırdı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları qısa müddətdə Vətən müharibəsinə çevrildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın geri alınması məqsədilə başlanan bu savaş xalqımızın tarixində yeni bir səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr, döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğalçı Ermənistanın hərbi-siyasi planlarını alt-üst etdi.

Noyabrın ilk ongünlüyü isə müharibənin gedişində xüsusi əhəmiyyət daşıyan hadisələrlə yadda qaldı. Azərbaycan Ordusunun ardıcıl hərbi uğurlar əldə etməsi, yaşayış məntəqələrinin və strateji yüksəkliklərin azad olunması, xüsusilə noyabrın 8-də Şuşa şəhərinin düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici mərhələyə çevrildi. Bu tarixi qələbə Ermənistanın müqavimət imkanlarını ciddi şəkildə sarsıtdı və kapitulyasiyaya aparan prosesləri sürətləndirdi.

Dağlar başında döyüş

Prezident İlham Əliyev noyabrın 7-də sosial media hesabında Azərbaycan Ordusunun növbəti hərbi uğurları barədə məlumat verdi. Həmin gün Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat və Xocavənd rayonunun Ataqut, Tsakuri kəndlərinin işğaldan azad edildiyini bildirdi.

Bu yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması Silahlı Qüvvələrimizin müxtəlif istiqamətlərdə apardığı uğurlu əməliyyatların miqyasını və döyüş meydanındakı üstünlüyünü aydın göstərirdi. Azərbaycan Ordusu işğalçının müdafiə mövqelərini yararaq irəliləyir, Ermənistanın canlı qüvvə və texnika baxımından itkilərini artırır, vahid müdafiə sistemini dağıdırdı.

Burada diqqətçəkən əsas məqamlardan biri hərbi əməliyyatların geniş coğrafiyanı əhatə etməsi idi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd istiqamətlərində əldə edilən uğurlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu, müxtəlif cəbhələrdə eyni vaxtda uğurlu əməliyyatlar həyata keçirmək imkanına malikliyini təsdiqləyirdi.

Artıq müharibənin 42-ci günündə Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün vəziyyətin nə qədər ağır olduğu aydın görünürdü. Azərbaycan Ordusu strateji təşəbbüsü tam ələ keçirmişdi. Düşmən qüvvələrinin müqavimət göstərmək imkanları getdikcə məhdudlaşır, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi perspektivi aradan qalxırdı.

Tarixi ədalətin təntənəsi

Şuşa işğal edildiyi gündən – 1992-ci il mayın 8-dən ta azad edilən günədək heç kimdə bu qala-şəhərin nə vaxtsa yağı tapdağından xilas olunacağına şübhə yox idi. Hamıda o günün nə vaxtsa gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən təmizlənəcəyinə qəti əminlik var idi. Bu inamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

2020-ci il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, Prezident İlham Əliyevin o zaman Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” – söyləməsi də bu qələbəyə, uğura yönələn ümid və əminliyimizi daha da artırırdı.

Nəhayət, o gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Dövlətimizin başçısı müraciətində, həm də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ermən faşizmi Şuşanın işğalı illərində havadarlarına arxalanaraq sülh danışıqlarından, tapdaq altında saxladığı torpaqları azad etməkdən boyun qaçırdı. Bununla kifayətlənməyib, “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” olan Şuşanı gələcəkdə, hətta oyuncaq “DQR”in paytaxtı elan etmək, qondarma rejimin parlamentini bu əzəli, tarixi şəhərimizə köçürmək iddiasını səsləndirdi. Paşinyan beynəlxalq norma və qaydaları pozaraq tez-tez Şuşaya gəldi, burada görüşlər keçirdi. Məsuliyyətsiz erməni baş nazir burada keyf məclisləri qurdu, separatçı rejimin nümayəndələri ilə yallı getdi, “Qarabağ Ermənistandır, nöqtə” kimi sərsəm bəyanat verdi. Düşmən bununla da Azərbaycan xalqında bir ümidsizlik yaratmaq, inadımızı qırmaq, inamımızı sarsıtmaq, sonda isə Qarabağı Ermənistana birləşdirmək məqsədi güddü. Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz işğalçının bu planını alt-üst etdi, arzusunu ürəyində qoydu!

Şuşa şəhərinin qəsbkardan geri alınması xəbəri bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Uzun illər xalqımızın qəlbində nisgilə çevrilən Şuşanın azad olunması Vətən müharibəsinin ən möhtəşəm hadisəsi və tarixi Zəfərin əsas rəmzi oldu.

Şuşa Azərbaycan tarixində, mədəniyyətində və milli-mənəvi yaddaşında hər zaman müstəsna yer tutub. Pənahəli xan tərəfindən XVIII əsrdə əsası qoyulan şəhər uzun müddət Qarabağ xanlığının siyasi və mədəni mərkəzi olub, Azərbaycanın görkəmli sənətkarları, şairləri, musiqiçiləri və maarifçilərinin yetişdiyi bir mədəniyyət beşiyinə çevrilib. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Natəvan kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan bu şəhər milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafında əvəzsiz rol oynayıb.

Şuşanın işğalı təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi təcavüz deyildi. Bu, həm də xalqımızın tarixi-mədəni irsinə, milli kimliyinə və mənəvi dəyərlərinə vurulan ağır zərbə idi. Məhz buna görə şəhərin azad edilməsi hər bir azərbaycanlı üçün xüsusi mənəvi məna daşıyırdı.

Şuşa əməliyyatının hərbi baxımdan da müstəsna əhəmiyyəti var idi. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayalıqları və təbii müdafiə imkanları onun geri alınmasını son dərəcə çətinləşdirirdi. Ermənistan ordusu Şuşanı müdafiə üçün əlverişli mövqe hesab edir, şəhərin uzun müddət əllərində qalacağına ümid bəsləyirdi. Lakin Azərbaycan Ordusu çətin relyef şəraitində böyük qəhrəmanlıq göstərərək düşmənin gözləmədiyi istiqamətlərdən şəhərə daxil oldu.

Şuşanın azad olunması zamanı Azərbaycan hərbçilərinin nümayiş etdirdiyi döyüş məharəti hərb tariximizə qızıl hərflərlə yazıldı. Müasir silah və texnologiyaların tətbiqi ilə yanaşı, hərbçilərimizin yüksək fiziki hazırlığı, döyüş ruhu, peşəkarlığı və Vətən sevgisi qələbənin əsas amilləri sırasında yer aldı.

Şuşanın xilası Ermənistan ordusu üçün ağır hərbi və psixoloji zərbə idi. Şəhərin strateji mövqeyi nəzərə alınanda bu uğurun əhəmiyyəti daha aydın görünürdü. Şuşaya nəzarətin bərpası ətraf ərazilərdəki erməni hərbi birləşmələrinin vəziyyətini xeyli mürəkkəbləşdirdi, Xankəndi və digər istiqamətlərdəki müdafiə sisteminə ciddi təsir göstərdi. Bununla da müharibənin hərbi-siyasi mənzərəsi köklü şəkildə dəyişdi.

Ali Baş Komandanın Şuşa müjdəsi

Şuşanın azad edilməsi xəbərindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Dövlət başçısının Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti isə həmin günün mənəvi-siyasi mahiyyətini ifadə edən tarixi çıxışlardan biri kimi yadda qaldı.

Prezidentin müraciətində Şuşanın azad edilməsinin yaratdığı qürur hissi ilə yanaşı, bu Zəfərin hansı ağır sınaqlar və itkilər hesabına əldə olunduğu da öz əksini tapdı. Ali Baş Komandan şəhidlərimizin xatirəsini ehtiramla yad etdi, onların qanının yerdə qalmadığını, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın arzularının gerçəkləşdiyini bildirdi.

Bu müraciət Azərbaycan dövlətinin apardığı mübarizənin mərkəzində ərazilərin azad edilməsi ilə bərabər, həm də tarixi ədalətin bərpası, milli ləyaqətin qorunması və gələcək nəsillər qarşısında məsuliyyət dayandığını bir daha göstərdi. Həmin gün Prezident İlham Əliyevin Şuşanın xilası münasibətilə birlik komandiri, general-leytenant Hikmət Mirzəyevə zəng edərək ona təbrikini çatdırması da xüsusi əhəmiyyət daşıyırdı. Bu, dövlət rəhbərliyinin döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərə verdiyi yüksək qiymətin parlaq ifadəsi idi.

Şuşa uğrunda döyüşlərdə iştirak edən Azərbaycan əsgər və zabitlərinin fədakarlığı, peşəkarlığı və qətiyyəti qələbənin əsasını təşkil etdi. Prezidentin hərbi komandanlıqla birbaşa əlaqəsi, əməliyyatların gedişinə diqqəti və ordunun fəaliyyətinə verdiyi siyasi dəstək isə müharibənin idarə olunmasında mühüm rol oynadı.

Noyabrın 8-də Prezident İlham Əliyevin Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul etməsi də diqqətçəkən hadisələrdən idi. Bu görüş Azərbaycan–Türkiyə münasibətlərinin müharibə dövründə qazandığı strateji əhəmiyyəti bir daha nümayiş etdirdi. Qardaş ölkənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, iki dövlət arasındakı müttəfiqlik münasibətləri regionda yeni geosiyasi reallıqların formalaşmasına təsir edən amillərdən idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etməsi də ümumxalq sevincinin və milli həmrəyliyin təcəssümü oldu.

Çağdaş “Xarıbülbül” əfsanəsi

Şuşanın azad edilməsi ilə 44 günlük Vətən müharibəsinin taleyi, demək olar ki, həll olundu. Noyabrın 10-da imzalanan Bəyanat isə döyüş meydanında qazanılan qələbəni siyasi sənədlə rəsmiləşdirdi. Bununla da Azərbaycan tarixində yeni mərhələnin əsası qoyuldu.

Bu Zəfər Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq. Çünki söhbət təkcə torpaqların azad edilməsindən getmir. Məsələ, eyni zamanda, 30 ilə yaxın davam edən işğala son qoyulması, milyonlarla insanın pozulmuş hüquqlarının bərpası, doğma yurdlarından didərgin salınmış insanların qayıdışına yol açılması və Azərbaycanın tarixi ədalətinin gerçəkləşdirilməsi ilə bağlıdır.

Şuşanın azad olunması bu tarixi prosesin ən parlaq rəmzinə çevrildi. Şəhərin hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir mədəniyyət nümunəsi xalqımızın yaddaşına qayıtdı. Şuşada Azərbaycan bayrağının dalğalanması dövlətimizin gücünün, xalqımızın iradəsinin və milli birliyimizin təntənəsi idi.

Bu gün Vətən müharibəsinin noyabrın 7-9-da baş verən hadisələrinə nəzər salarkən aydın görünür ki, Azərbaycan Ordusunun ardıcıl hərbi uğurları, Şuşanın azad edilməsi və 10 noyabr Bəyanatının imzalanması bir-birini tamamlayan tarixi mərhələlərdir. Bu mərhələlərin hər biri Azərbaycanın Zəfər salnaməsində xüsusi yer tutur.

Beləliklə, 44 günlük Vətən savaşının tarixi Zəfərlə yekunlaşmasını – Azərbaycan xalqının öz tarixinin ən ağır sınaqlarından birini qalibiyyətlə başa vurmasını güclü dövlətçilik, qətiyyətli rəhbərlik, müasir ordu və xalqın sarsılmaz birliyi kimi önəmli amillər şərtləndirdi. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz şücaəti bu Qələbəni əbədi mənəvi dayağa çevirdi. Şuşanın azad edilməsi ilə zirvəyə yüksələn, 10 noyabr Bəyanatı ilə yeni siyasi mərhələyə keçən bu möhtəşəm Zəfər Azərbaycan dövlətinin qüdrətinin və milli iradəsinin dünyaya nümayişi oldu.

Şuşa – Zəfər tacı

Şuşada genişmiqyaslı quruculuq və bərpa işləri dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhərin tarixi-memarlıq xüsusiyyətləri qorunmaqla həyata keçirilir. Qədim mədəniyyət paytaxtımızın yenidən qurulmasında tarixiliklə müasirliyin vəhdətinə xüsusi diqqət yetirilir. Bütün layihələrin qısa müddətdə və yüksək keyfiyyətlə reallaşdırılması isə Şuşanı öz əvvəlki tarixi görkəminə qovuşdurur, yenidən bütün dünyanı özünəməxsus gözəlliyi və füsunkarlığı ilə valeh edən məkanına çevirir.

Bu gün Şuşa sanki yenidən həyata qayıdır, özünün xoşbəxt günlərini yaşayır, sevinc dolu sabahlara doğru inamla addımlayır. Başından qara buludlar çəkilən qədim şəhərdə abadlıq və quruculuq işləri getdikcə geniş vüsət alır. Uzun illər həsrətində olduğumuz müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələrinin ev-muzeyləri yenidən qapılarını ziyarətçilərin üzünə açır. Bir zamanlar işğalın yaratdığı dağıntı və tənəzzüllə üzləşən şəhər bu gün dirçəlişin, yenidənqurmanın və milli qayıdışın rəmzinə çevrilir.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişafı da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2021-ci ildə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” kimi qeyd olunması şəhərin tarixi-mədəni statusunun bərpasına və beynəlxalq səviyyədə tanıdılmasına güclü təkan verib.

İşğal dövründə dağıdılmış və zədələnmiş tarixi-mədəni abidələrin, o cümlədən Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, tarixi məscidlərin bərpası bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi isə Şuşanın əsrlər boyu formalaşmış zəngin mədəni ənənələrinin yaşadılmasına, şəhərin Azərbaycanın mədəni həyatındakı əvvəlki mövqeyinin bərpasına xidmət edir.

Şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində 450 mənzildən ibarət 23 yaşayış binası istifadəyə verilib. Bununla yanaşı, yeni yaşayış komplekslərinin, sosial infrastruktur obyektlərinin inşası davam etdirilir. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində, eləcə də Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində, ümumilikdə, 420 ailə – 1579 nəfər məskunlaşıb. Bu göstəricilər doğma yurda qayıdış prosesinin ardıcıl şəkildə davam etdiyini təsdiqləyir.

Şuşanın dirçəlişi yalnız yaşayış evlərinin və tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Şəhərdə təhsil, səhiyyə, turizm və xidmət sahələrinin inkişafı, müasir sosial infrastrukturun yaradılması onun davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırır. Doğma torpaqlarına qayıdan sakinlərin burada rahat yaşaması, işləməsi və gələcək planlarını reallaşdırması üçün zəruri şərait yaradılır.

Beləliklə, cəmi 6 il əvvəl işğaldan azad olunaraq yenidən dirçəliş yoluna qədəm qoyan Şuşada bu gün misilsiz quruculuq və bərpa işləri həyata keçirilir. Şəhərin tarixi-mədəni irsi qorunur, dağıdılmış abidələr yenidən ucaldılır, sosial infrastruktur qurulur, sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarının, dövlətimizin siyasi iradəsinin və milli məqsədlər naminə nümayiş etdirdiyi qətiyyətin bariz göstəricisidir. Ən başlıcası isə Şuşanın yenidən dirçəlməsi xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və doğma torpağa bağlılığının təntənəsidir.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri