Icma.az
close
up
RU
Toyu həbsxanada oldu, özü də məşhur prokurorun gəlini olub Əminə Şirin haqda BİLMƏDİKLƏRİMİZ

Toyu həbsxanada oldu, özü də məşhur prokurorun gəlini olub Əminə Şirin haqda BİLMƏDİKLƏRİMİZ

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər mediada ən çox müzakirə olunan müğənnilərdən biri də Əminə Şirindir.

Onun ifa etdiyi "Ölüm haqdır" mahnısının sözlərində "badə" ifadəsi müzakirə olunur.

Bəsi sənət adamları bu ifadənin "badə" yox,"bada" olduğunu bildirir.

Bəs son günlərin ən çox müzakirə olunan müğənnisi Əminə Şirin kimdir?

Əminə Şirin qızı Kərimova (Amina Şirin) 1987-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.

Atası Bakının Digah kəndi və Siyəzən rayonunun Yenikənd dağlılarındandır.

14 yaşından musiqi ilə məşğul olan Əminə 2005-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müğənnilik ixtisası üzrə ali təhsil alıb.

O, ilk dəfə 2002-ci ildə tanınmış sənətkar Vaqif Gərayzadənin “W-trio” qrupunda, 2004-cü ildə isə “Aypara” qrupunda fəaliyyət göstərib. 2008-ci ildən isə solo fəaliyyətə başlayıb.

Özünəməxsus ifa tərzi, səs tembri olan Əminə "Yenə gəldi Yaz ayları" (Röya Ayxanla duet), "Mən bu dünyada ədalət görmədim", "Gələrsən", "Ölüm haqdır" adlı bir neçə hit mahnıların ifaçısıdır.

"Dua" adlı şer və qəzəllərindən ibarət kitabın müəllifidir.

Bir övladı var.

Əminə Şirinin şəxsi həyatı da maraqlıdır. O, sabiq prokuror Rəşid Həsənovun gəlini olub. Rəşid Həsənov Xəzər rayonunun prokuror vəzifəsində çalışıb. O, 1998-2000-ci illərdə Azərbaycanın Ədliyyə naziri, 2005-2021-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olmuş Südabə Həsənovanın qardaşıdır.

Onun oğlu Yalçın Həsənov müğənni Əminə Şirinlə ailə həyatı qurub. Məlumatlı şəxsin verdiyi xəbərə görə, onların evlilik dönəmi Yalçın Həsənovun həbsdə olduğu vaxta təsadüf edib. Yalçın Həsənov Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları ilə birlikdə törətdikləri cinayətə görə 2010-cu ildə həbs olunmuşdu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Y.Həsənov həbsxanadan çıxdıqdan sonra xəstəlikdən dünyasını dəyişib.

Müğənni özü həyat yoldaşı ilə bağlı mətbuatda bir müddət öncə də danışıb.

Müğənni bildirib ki, gizlədəsi bir şeyi yoxdur, onlar ailəli olublar:

"Qızım (atası Yalçın Həsənov - red.) Rəşid Həsənovun nəvəsidir. Məni qınayanlar düşünsün ki, 23 yaşında qız o zindanın divarları arasında hər ay 6 gün orada həyat yoldaşı ilə qalırdı. Mənim toyum da orada olub, gəlinlik paltarında. Ona görə də kimsə mənə eşq öyrətməsin. Eşq əslində bilməyənlərin danışdığı, bilənlərin susduğu mövzudur".

Əminə qeyd edib ki, onların izdivacı 13 il əvvəl başa çatıb:

"Allah rəhmət eləsin, mən eşidəndə ki, xəstədir, özüm zəng etdim. Özü də dedi ki, bir bu zəngi gözləyirdim, inanmırdım yığarsan".

Qeyd edək ki, Əminə Şirin müğənni Kazımcanla da ailəli olub. Bu nikahdan onun övladı olsa da, onu tez itirib. Müğənni hazırda subaydır. /Oxu24.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see702

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see327

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see298

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see283

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see262

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see234

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see210

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see191

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see185

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see183

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see164

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see161

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri