Icma.az
close
up
RU
Toyuq yeyən kişi qadınlaşırmı?

Toyuq yeyən kişi qadınlaşırmı?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə yayılan “toyuq əti kişiləri qadınlaşdırır” iddiasına mütəxəssislərdən cavab gəlib. Bu iddianın elmi əsası olmadığını vurğulayan mütəxəssislər bildiriblər ki, toyuq ətində hormon istifadəsi həm qadağandır, həm də texniki baxımdan mümkün deyil.

Qida mühəndisi: Hormon və antibiotik istifadəsi qadağandır

News24.az sherg.az-a istinadla xəbər verir ki, qida mühəndisi Ebru Akdağ sosial şəbəkələrdə tez-tez paylaşılan “toyuqda hormon” fikirlərinin texniki, iqtisadi və elmi baxımdan əsassız olduğunu bildirib. O deyib: “Kənd Təsərrüfatı və Meşə Nazirliyinin məlumatına əsasən, Türkiyədə yetişdirilən quşlarda hormon istifadəsinə bu günə qədər rast gəlinməyib və bu barədə heç bir rəsmi orqanın təsdiq etdiyi hal yoxdur.”

Akdağ həmçinin bildirib ki, dünyanın bir çox ölkəsində qanunvericilik toyuq ətinin istehsalında böyümə hormonlarının istifadəsini qadağan edir. “Toyuqların böyüməsi üçün nə dünyada, nə də ölkəmizdə istifadə olunan bir hormon və ya tətbiq yoxdur. Türkiyədə də bu baxımdan hormon və antibiotik istifadəsi qəti şəkildə qadağandır,” – deyə o əlavə edib.

“Toyuqda hormon” bir şəhər əfsanəsidir?

Akdağ qeyd edib ki, bu məsələ təkcə qanunla deyil, həm də texniki və maliyyə baxımından qeyri-real olduğuna görə mümkün deyil: “Böyümə hormonlarının yemlərlə verilməsi heç bir effekt vermir, çünki mədəyə çatanda parçalanır və təsirsiz hala gəlir. Əgər effekt əldə olunmaq istənilsə, hormon hər gün və bir neçə dəfə toyuqlara inyeksiya edilməlidir – bu isə minlərlə toyuğun olduğu təsərrüfatlarda qeyri-mümkündür.”

“Böyümə hormonu implantlarının toyuqlarda təsiri yoxdur”

Akdağ əlavə edib ki, böyümə hormon implantları (məsələn, mal-qara və qoyunlarda istifadə olunur) toyuqlarda heç bir effekt göstərmir, çünki toyuqlar bazara çıxmazdan əvvəl (təqribən 6–9 həftəlik yaşda) cinsi yetkinliyə çatmırlar. Həmçinin araşdırmalar göstərib ki, androgen tərkibli steroid hormonlar toyuqlarda böyüməyə əks təsir göstərir.

“Toyuq əti kişilərdə və qadınlarda hormon səviyyəsini dəyişmir”

Ürologiya üzrə mütəxəssis Prof. Dr. Cüneyt Adayener bildirib ki, toyuq ətində estrogen hormonu yoxdur və buna görə də nə kişilərdə, nə də qadınlarda hormon balansına təsir edə bilər. O qeyd edib: “Hətta yüksək dozda estrogen istifadə olunsa belə, bu vəziyyət insanlarda hormonal dəyişiklik yaratmaz. Amma yenə də etibarlı və nəzarət olunan markalardan alış-veriş etmək məsləhətdir.”

Əsas risk hormonlar deyil, antibiotiklərdir

Endokrinoloq və metabolik xəstəliklər üzrə mütəxəssis Dr. Esat Erdem Türemen isə bildirib ki, əsas diqqət hormondan çox antibiotik istifadəsinə yönəlməlidir. Çünki nəzarətsiz istehlak  nəticəsində yaranan antibiotik müqaviməti daha güclü mikrobların formalaşmasına səbəb olur. Heyvanların kəsilmədən əvvəl müəyyən müddət antibiotiksiz saxlanması vacibdir. Əks halda antibiotik qalıqları insanlarda hormonal pozğunluqdan çox allergiya və mikrobiom pozuntusu kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri