Trabzonspor Salahın transferini və maliyyə detallarını açıqladı
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Trabzonspor" "Liverpul"dan ayrılan Məhəmməd Salahı heyətinə qatdığını açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Misirli ulduzla bu gün Bakı vaxtı ilə saat 20:30-da 2 illik müqavilə imzalanacaq. 34 yaşlı vinger illik 10 milyon avro maaş və hər il üçün 7 milyon avro imza pulu alacaq. Təcrübəli futbolçu bundan əlavə müəyyən bonuslar da qazanacaq.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayında 42 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a transfer olunmuşdu. Misir millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:“Trabzonspor” Salahın transferini yekunlaşdırdı” − KİV
04 Avqust 2026 21:44
Trabzonspor Məhəmməd Salahın maaşını açıqladı Fantastik məbləğ
06 Avqust 2026 16:35
“Trabzonspor” Onananın transferini açıqladı
11 Sentyabr 2025 23:40
“Beşiktaş” Salahın transferini rəsmiləşdirməyə hazırlaşır
18 İyul 2026 19:28
Salahın dublu, "Trabzonspor"un heç heçəsi, "Fənərbaxça"nın məğlubiyyəti
16 Avqust 2026 02:18
Baxış sayı:145
Bu xəbər 06 Avqust 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















