“Traktor”da ayrılıq
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Tarixində ilk dəfə İran çempionu olan “Traktor” mövsüm bitən kimi baş məşqçisi Droqan Skoçiçlə müqavilə müddətini uzatmışdı.
“Football-plus.az” xəbər verir ki, Təbriz təmsilçisində bu dəfə ayrılıq yaşanıb. 33 nömrəli futbolçu Arif Ağasi komanda ilə yollarını ayırıb. Bu barədə klub rəsmi “instaqram” hesabında paylaşım edib.
Komandanın əvəzedilməzlərindən olan mərkəz müdafiəçisinin “transfermarkt” dəyəri bir milyon avrodu.
28 yaşlı müdafiəçi son mövsümdə mümkün 30 oyunun hamısına ilk “11-lik”də başlayıb və final fitinə qədər oynayıb, bir qol vurub.
Qeyd edək ki, Arif ikinci dəfə “Traktor” karyerası yaşayırdı. 20 yaşında da komandaya cəlb olunan futbolçu bir mövsüm sonra “Fulad”a dönmüşdü.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 İyun 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















