Icma.az
close
up
RU
Tramp 14 iyulda Rusiya Ukrayna müharibəsini bitirəcək? AÇIQLAMA

Tramp 14 iyulda Rusiya Ukrayna müharibəsini bitirəcək? AÇIQLAMA

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcək. Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüat açıqlamayıb.

Tramp yekun bəyanatında nə deyə bilər? O, Rusiyaya qarşı daha sərt ritorika sərgiləyə bilərmi? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Donald Trampın səsləndirəcəyi bəyanatlar və Rusiyaya ünvanlayacağı mesajlarla bağlı  bildirib ki, o, hakimiyyətə gəldikdən sonra təxminən yarım il ərzində Rusiyaya müəyyən jestlər etdi, Moskva ilə dialoqa cəhd göstərdi və Ukraynadakı müharibəni dayandırmağa çalışdı:

 “Lakin əvvəlcədən də bəlli idi ki, Vladimir Putin ABŞ-nin bu mövqeyindən istifadə etməyə, prosesi uzatmağa və öz maraqları naminə müxtəlif addımlar atmağa çalışacaq. Aprelin sonlarından etibarən isə Donald Trampın Rusiyaya münasibətində müəyyən dəyişikliklər hiss olunmağa başladı. Son telefon danışığından sonra Tramp, Putinlə təmasların çox səmərəli olmadığını, bununla bağlı təəssüf hissi keçirdiyini və məyus olduğunu açıqladı. Eyni zamanda, belə bir siqnal verildi ki, bundan sonra Vaşinqtonun Moskva ilə münasibətlərində müəyyən dönüş nöqtəsi baş verə bilər”.

Politoloq dünən Donald Trampın Ukraynaya dəstək verdiyinə dair bəyanatında artıq bu dəyişikliklərin ilkin əlamətlərini ortaya qoyduğunu deyib.


O qeyd edib ki, Tramp prezident kimi ilk dəfə Ukraynaya hərbi yardım qərarı qəbul etdi:

“İndiyə qədər göstərilən yardımlar əsasən Bayden administrasiyasının qərarları əsasında həyata keçirilirdi. İndi isə təxminən 3 milyard dollarlıq hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsi həllini tapdı. Bu proses Trampın dediyi kimi həyata keçiriləcək. ABŞ silahları NATO-ya satacaq, NATO isə həmin texnikanı Ukraynaya ötürəcək. Yəni dolayısı yolla ABŞ, Ukraynanın hərbi güclənməsini davam etdirəcək”.

O.Qasımov Donald Tramp Rusiya tərəfinə konkret mesaj göndərəcəyindən və açıq şəkildə bəyanətindən bəhs edərək vurğulayıb ki, Ukraynada atəşkəsin əldə olunması zəruridir: 


“Əks halda, ABŞ daha sərt və radikal addımlar ata bilər. Yəni Ukraynaya daha genişmiqyaslı dəstəyin göstərilməsi artıq ciddi müzakirə predmetinə çevrilə bilər.
Digər tərəfdən nəzərə alsaq ki, ABŞ Senatında 83 senator Rusiyaya qarşı növbəti, daha sərt sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini dəstəkləyir və bu layihənin təşəbbüskarları dünən Romada Volodimir Zelenski ilə görüşüblər, görünən odur ki, Vladimir Putinin siyasəti ABŞ-ı Ukraynanı daha çox dəstəkləməyə vadar edir. Böyük ehtimalla, Donald Trampın növbəti açıqlamalarında da bu məqamların əks olunacağı gözlənilir”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri