Icma.az
close
up
RU
Tramp 14 ölkəni avqustun 1 dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib

Tramp 14 ölkəni avqustun 1 dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən yeni ticarət tariflərinin tətbiqi barədə 14 ölkəni məlumatlandırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Trampın məktublarını ilk alan ölkələr Yaponiya və Cənubi Koreya olub. Amerika lideri avqustun 1-dən etibarən bu ölkələrdən gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

Məktubları alan növbəti ölkələr Malayziya, Qazaxıstan və Cənubi Afrika olub. Onlara mallara 30%-ə çatan tariflərin tətbiqi barədə məlumat verilib. Laos və Myanma hökumətləri 40% tarifin tətbiqi ilə bağlı məlumatlandırılıb.

ABŞ Prezidentinin Tunis, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca və Tailand liderlərinə göndərdiyi məktubu da dərc edilib. Tramp bu ölkələri aşağıdakı tariflərlə hədələyib: Tunis üçün 25%, Bosniya və Herseqovina üçün 30%, İndoneziya üçün 32%, Banqladeş və Serbiya üçün 35%, Kamboca və Tailand üçün 36%.

Amerika lideri xəbərdarlıq edib ki, hər hansı ölkə cavab olaraq tarifləri qaldırarsa, Vaşinqton da öz rüsumlarını eyni məbləğdə artıracaq. O, həmçinin liderləri tariflərdən yayınmaq üçün ABŞ-da mal istehsal etməyə çağırıb.

Daha sonra Ağ evdə keçirilən tədbirdə Tramp jurnalistlərə deyib ki, avqustun 1-də tariflərin tətbiqi qərarı “son, lakin 100 faiz deyil”. "Əgər onlar (rüsumların tətbiq olunacağı ölkələrin liderləri) zəng edib fərqli bir şey etmək istədiklərini söyləsələr, biz buna açıq olacağıq", - deyə ABŞ Prezidenti bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri