Icma.az
close
up
RU
Tramp 200 ilin qanununu diriltdi Onlar bu qərara qarşı çıxdı

Tramp 200 ilin qanununu diriltdi Onlar bu qərara qarşı çıxdı

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Donald Tramp 1798-ci ildə qəbul olunmuş qanunun tətbiqinə dair fərman imzalayıb.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, yalnız müharibə dövründə istifadə olunan qanun prezidentə təhdid hesab edilən miqrantların insan hüquqlarından yan keçməyə və onları tez bir zamanda deportasiya etməyə imkan verir.
 

Tramp qanunun tətbiqinin Venesuela vətəndaşlarının yaratdığı Tren de Aragua bandasının üzvlərinin deportasiyasını sürətləndirmək məqsədi daşıdığını elan edib.


O, ölkənin adam oğurluğu, qəsb, mütəşəkkil cinayət və sifarişli qətllərlə əlaqəli cinayət təşkilatının "işğal"ı ilə üzləşdiyini deyib.
Tramp dəstə üzvlərinin ölkədə sabitliyi pozmaq məqsədi ilə "ABŞ-a qarşı qeyri-qanuni müharibə və düşmənçilik hərəkətləri ilə məşğul olduqlarını" bildirib.
Trampın əmrinə əsasən, banda üzvləri olduğu aşkar edilən, ABŞ-da olan və ölkənin vətəndaşlığı olmayan və ya qanuni daimi sakinləri olmayan 14 yaş və ya daha yuxarı bütün Venesuela vətəndaşları “xarici düşmənlər kimi həbs, məhdudlaşdırma və sair yollarla ölkədən çıxarılmalı”dır.
Qeyd edək ki, Xarici Düşmənlər Aktı, İkinci Dünya Müharibəsi zamanı yapon, alman və italyan əsilli insanların təcrid olunmuş düşərgələrinə haqq qazandırmaq üçün istifadəsi ilə məşhurdur. Vətəndaş hüquqları qrupları və bəzi Demokratlar, kütləvi deportasiyaları artırmaq üçün onun. yenidən tətbiqi ideyasını tənqid ediblər. Trampın bu qərarının da məhkəmə yolu ilə mübahisələndiriləcəyi gözlənilir.
Çünki hüquq-müdafiə təşkilatları və demokratlar qanunun yalnız müharibələr zamanı qüvvəsinin ola biləcəyini açıqlayaraq Trampın qərarına qarşı hərəkətə keçiblər.
Fevral ayında Tramp administrasiyası Tren de Araqua, Sinaloa Karteli və daha altı cinayətkar qrupu qlobal terror təşkilatları siyahısına daxil edib. Şənbə günü verilən direktivdə deyilir ki, Tren de Araqua "Birləşmiş Ştatların vətəndaşlarına zərər vermək məqsədlərinə çatmaq üçün Birləşmiş Ştatlara kütləvi qeyri-qanuni miqrasiya ilə məşğul olub və məşğul olmaqda davam edir".
 

Tramp “immiqrant cinayəti”nin artmasının sübutu kimi, banda təhdidini kampaniya çıxışlarının müntəzəm mövzusuna çevirib. Lakin elə şənbə günü məhkəmə hökumətin beş venesuelalının dərhal deportasiyasına dair qərarının icrasını dayandırıb.


Məhkəmə hökumətin onları 14 gün müddətinə deportasiya etməsinə mane olan müvəqqəti həbs qətimkan tədbiri seçib. İddianı qaldıran qruplardan biri olan Amerika Vətəndaş Azadlıqları Birliyi venesuelalıların sığınacaq istədiklərini bildirib. Məhkəmə sənədləri hökumətin hakimin müvəqqəti həbs qətimkan tədbirindən apellyasiya şikayəti verdiyini göstərir. (Müsavat.com)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Mart 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri