Icma.az
close
up
RU
Tramp 3 ölkənin adını çəkdi, Ankara anons verdi Putin SSRİ ni bərpa edir?

Tramp 3 ölkənin adını çəkdi, Ankara anons verdi Putin SSRİ ni bərpa edir?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panamaya qarşı ərazi iddiaları bütün dünyada tarixi imperializm və işğalçılıq fəaliyyətlərinin təkrar alovlanması ilə bağlı narahatlığı təkrar gündəmə gətirir.

Paralel olaraq Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin bərpası arzusu ilə bağlı verdiyi anonslar bu narahatlığı daha da artırır. Hətta Türkiyənin Osmanlı torpaqlarının bir qisminin ərazisinə qatmasına dair təkliflər də səsləndirilir. Bu isə daha çox keçmişdə imperializmdən əziyyət çəkmiş və çətinliklə müstəqillik qazanmış xalqların suverenliyinin qorunması məsələsini sual altına alır.

Sözügedən tendensiya vaxtilə imperializmdən əziyyət çəkmiş kiçik dövlətlərə nə vəd edir? Yaxın keçmişdə müstəqilliyini güclü mübarizə nəticəsində əldə etmiş Azərbaycan üçün Rusiyadan təhlükə gözlənilə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, dünyada hazırda yaranan mənzərə İkinci Dünya müharibəsindən sonra formalaşmış Postdam-Yalta sisteminin iflasa uğradığını göstərir:

“Vaxtilə mövcud sistemi yaratmış ölkələr artıq bu qərarlara itaətsizlik göstərirlər. İmperial yanaşma ilə bağlı ilk dəfə 2008-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Münhen təhlükəsizlik konfransında çıxışı zamanı öz fikirlərini açıq bəyan etdi və daha sonra onları həyata keçirməyə başladı. Həmin il Gürcüstana müdaxilə, 2014-də Krımın işğalı, 2022-ci ildə Ukraynaya hücum məhz bunun nəticəsi idi. İndi isə biz ABŞ Prezidenti Donald Trampın eyni cür açıqlamalarının şahidi oluruq.

Tramp Kanada, Panama və Qrenlandiyaya qarşı ərazi iddiası irəli sürür. Ancaq ABŞ-ın bu ölkələrə qarşı real hücuma keçməsi ona ciddi problemlər yaradacaq. Kanada NATO üzvüdür, Vaşinqtonun bu ölkəyə hər hansı hərbi müdaxilə cəhdi alyans daxilində ciddi problemlər yarada və təşkilatın çökməsi ilə nəticələnə bilər. Panamada isə Çinin çox güclü sərmayəsi var. Ölkənin ən böyük 3 limanına Çin nəzarət edir. Bu hətta ABŞ ilə Çin arasında hərbi toqquşma riskini belə yaradır”.


Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Qrenlandiya Danimarkanın torpağıdır və rəsmi Kopenhagen onu ABŞ-a satmaq istəmir:

“Hərbi müdaxilə olduqca riskli addımdır. Danimarka da Kanada kimi NATO üzvüdür. Həmçinin Avropa İttifaqının (Aİ) aparıcı ölkələri də bəyan ediblər ki, əgər hansısa bir formada Danimarkaya hücum olarsa, birlik dərhal öz ordusunu yaradıb buna qarşılıq verəcək. O baxımından ABŞ-ın Qrenlandiyaya da müdaxiləsi gözlənilən deyil.

Hazırda qardaş ölkə Türkiyə vaxtilə Osmanlının nəzarətində olan bölgələrdə əsas güc mərkəzidir. Ancaq bu ərazilərin Türkiyəyə qayıtması məsələsi aktual deyil. Ankara beynəlxalq hüquq prinsiplərinə hörmət edir. Türk xalqı, məsələn, ruslardan fərqli olaraq, imperialist təfəkkürdə deyil. Bu ölkə belə bir niyyətini heç vaxt bildirməyib.

Azərbaycana isə Rusiyadan hər zaman təhlükə var. Lakin bunun açıq şəkildə həyata keçiriləcəyi, yəni Rusiyanın Ukraynaya olduğu kimi ölkəmizə də hücum etməsi inandırıcı görünmür. Çünki Azərbaycanın bitərəf ölkə olmasına baxmayaraq, NATO ilə çox güclü müttəfiqlik əlaqələri var. Alyansın üzvü olan Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi və digər bu kimi müqavilələr bizi hansısa bir ölkənin işğalı qarşısında qoruyan mühüm diplomatik sənəddir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Fevral 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri