Tramp ABŞ da 100 min ukraynalının deportasiya məsələsinə baxacaq
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-da yaşayan 100 mindən çox ukraynalı miqrantın deportasiyadan qorunma müddəti daha altı ay uzadıla bilər.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Donald Tramp administrasiyası oktyabrın 19-dək ukraynalılara verilən Müvəqqəti Qorunma Statusunu (TPS) ləğv etməsə, onların müdafiəsi avtomatik olaraq daha altı ay uzadıla bilər.
Hər iki partiyadan olan bəzi qanunvericilər Trampın bu icazəni uzadacağına ümid edirlər. Bununla yanaşı, bəziləri alternativ variantı da dəstəkləyirlər: statusun rəsmi şəkildə ləğv edilmədən müddətinin başa çatmasına imkan vermək. Bu halda müdafiə avtomatik olaraq altı ay uzadılır.
Tramp administrasiyası İsraillə “Hizbullah” silahlı qruplaşması arasında münaqişədən qaçan livanlı miqrantların müvəqqəti qorunma statusunu da altı ay uzadıb.
Lakin Haiti, Somali, Cənubi Sudan, Yəmən, Kamerun və Myanmadan olan miqrantların müraciətləri dəstəklənməyib.
Ukraynalı qaçqınların vəziyyətinə gəlincə, “Politico” qeyd edir ki, Donald Tramp Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirən bəyanatlar verməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















