Icma.az
close
up
RU
“Tramp ABŞ ni özünə bənzədir”

“Tramp ABŞ ni özünə bənzədir”

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə yeni razılaşması, edamın canlı yayımlanması təşəbbüsü və miqrantlara qarşı güc tətbiqi ölkədə ciddi mübahisələr doğurub. CNN-in siyasi şərhçisi Stiven Kollinson hesab edir ki, bu hadisələr ayrı-ayrı qalmaqallar deyil, Trampın Amerika dövlətinin mahiyyətini dəyişdirmək cəhdlərinin təzahürüdür.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, Stiven Kollinson “Rusiya ilə razılaşma, edam planları və deportasiyalar Tramp və hakimiyyət haqqında həlledici mənzərə yaradır” sərlövhəli məqaləsində ABŞ prezidentinin daxili və xarici siyasətini təhlil edib.

Müəllif yazıya belə bir fikirlə başlayır: Donald Tramp Amerikanı özünə daha çox bənzətməyə çalışır.

Kollinsonun fikrincə, prezidentin siyasi qərarlarında güc nümayişi, təzyiq və sövdələşmələrə üstünlük verməsi artıq ABŞ dövlətinin fəaliyyət prinsiplərinə və ölkənin beynəlxalq imicinə təsir göstərir. Bununla belə, yaxınlaşan Konqres seçkilərində amerikalılar bu siyasətə münasibətlərini bildirmək imkanı qazanacaqlar.

Rusiya ilə razılaşma: Tramp Putinə nə qazandırır?

CNN-in təhlilində xüsusi yer tutan məsələlərdən biri Tramp administrasiyasının Rusiya dizel yanacağının beynəlxalq bazarlara çıxarılmasına imkan verən razılaşmasıdır.

Kollinson hesab edir ki, bu qərar Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Rusiyaya qarşı yaradılmış beynəlxalq sanksiya sisteminə ciddi zərbə vurur. Müəllifin qiymətləndirməsinə görə, razılaşma Rusiya prezidenti Vladimir Putin üçün həm iqtisadi, həm də təbliğat baxımından böyük üstünlük yaradır.

Məqalədə vurğulanır ki, Vaşinqtonun bu addımı Ukrayna əhalisinin Rusiyanın hücumları nəticəsində ağır itkilər verdiyi bir dövrə təsadüf edir. Kollinson iki sərnişin avtobusuna endirilən zərbələr nəticəsində azı 33 nəfərin həlak olmasını da xatırladır.

CNN şərhçisi hesab edir ki, razılaşma NATO müttəfiqləri ilə münasibətləri də gərginləşdirə bilər. Xüsusilə Avropada Rusiyanın təxribat, təzyiq və hava məkanının pozulması ilə bağlı ittihamlarla üzləşdiyi bir vaxtda ABŞ-nin Moskva ilə iqtisadi əməkdaşlığı müttəfiqlər arasında narahatlıq doğurur.

Müəllif Trampın Ukrayna prezidenti Volodimir Zelenskinin dəyişdirilməsi ilə bağlı tələbini də xatırladır. Onun fikrincə, bu mövqe Moskvanın siyasi məqsədlərinə uyğun gəldiyindən Vaşinqtonun Kremlin maraqlarına yaxınlaşması barədə şübhələri gücləndirir. Lakin Kollinson Trampın qərarının daxili siyasi səbəblərini də izah edir. ABŞ-də dizel yanacağının qiymətinin rekord həddə çatması kənd təsərrüfatına, yükdaşımalarına və ərzaq qiymətlərinə ciddi təsir göstərir. Müəllif bu vəziyyətin əsas səbəblərindən biri kimi Trampın İranla müharibəsini göstərir.

Onun fikrincə, prezident qarşıdan gələn seçkilər ərəfəsində yanacaq qiymətlərini azaltmaq üçün təcili addım atmağa məcbur olub. Rusiya ilə razılaşmanın qiymətləri nə dərəcədə və nə qədər tez aşağı salacağı isə hələ məlum deyil.

Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı rəhbərliyinin üzvü Tom Emmer Trampı müdafiə edərək prezidentin amerikalılara kömək etmək üçün bütün mümkün həll yollarını axtardığını bildirib. Lakin ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens bu qərara qarşı çıxıb.

“ABŞ Putinin müharibə maşınına xilas kəməri atmamalıdır. İndi Rusiya təcavüzünə qarşı qətiyyətli dayanmağın vaxtıdır”, – deyə Pens bildirib.

Kollinson qeyd edir ki, bu fikir ayrılığı Respublikaçılar Partiyası daxilində xarici siyasətə iki fərqli yanaşmanı nümayiş etdirir: ənənəvi sərt Rusiya siyasəti və Trampın daxili siyasi maraqları ön plana çıxaran sövdələşmə yanaşması.

Kollinson yazır ki, qarşıdan gələn Konqres seçkilərində ərzaq və mənzil qiymətləri, süni intellekt məlumat mərkəzlərinə qarşı narazılıq və İran müharibəsinin nəticələri əsas mövzular sırasındadır. Lakin onun fikrincə, seçkilərin daha dərin siyasi mənası da var. Trampın ilk dəfə prezident seçilməsindən on il keçir. Bu müddət ərzində onun Amerika dövlətçiliyi, beynəlxalq liderlik və prezident hakimiyyətinin sərhədləri barədə baxışları ölkənin siyasi həyatına ciddi təsir göstərib.

CNN şərhçisi xatırladır ki, ABŞ tarixində dövlət gücündən sui-istifadə, irqi zorakılıq, vətəndaş hüquqları etirazlarının yatırılması və müharibələr zamanı dinc əhalinin ölümü kimi ağır səhifələr az olmayıb.

Buna baxmayaraq, müəllif hesab edir ki, müasir Amerika prezidentləri arasında dövlət hakimiyyətinin məhdudlaşdırılması, güc tətbiqində təmkin, beynəlxalq ittifaqlara münasibət və qlobal liderlik prinsiplərini Tramp qədər açıq şəkildə sınağa çəkənlər çox az olub.

Kollinsonun qənaətincə, əsas məsələ Trampın hakimiyyətdə olduğu müddətdə hansı qərarları qəbul etməsi ilə bitmir. Daha vacib sual onun yaratdığı siyasi modelin prezidentlik müddəti başa çatdıqdan sonra da yaşayıb-yaşamayacağıdır.

Məqalə amerikalı seçicilərin qarşısında duran əsas sualla yekunlaşır: Onlar ölkələrinin məhz belə idarə olunmasını istəyirlərmi?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri