Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp ABŞ Rusiya münasibətlərinin davam etməsində maraqlıdır ŞƏRH

Tramp ABŞ Rusiya münasibətlərinin davam etməsində maraqlıdır ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

O, sərt bəyanatlar verməklə daha çox öz siyasi imicini qorumağa çalışır:

Ötən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı PUA hücumu həyata keçirib. Ümumilikdə 400 ədəd “Şahid” PUA-sı və müxtəlif tipli dron imitatorları buraxılıb. Ruslar İsgəndər-M ballistik raketi ilə də zərbə endiriblər. Bu, son aylarda baş verən ən irimiqyaslı hava hücumlarından biri kimi qiymətləndirilir.

Xatırladaq ki,  ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun  Baş katibi Mark Rutte ilə görüşündə Vladimir Putin haqqında sərt açıqlamalar verib. Tramp bildirib ki, Putinlə bir neçə dəfə ədalətli sülh razılaşmaları barədə telefon danışıqları aparıb, lakin bu dialoqlar nəticə verməyib:

“Hər dəfə zəngi bitirəndə deyirdim ki, bu gözəl zəng idi. Amma sonra onlar Kiyevə və ya başqa şəhərə raket atırdılar. Bu üç-dörd dəfə təkrarlandı. Belə olan halda bu söhbətlərin heç bir mənası qalmır.”

Tramp Putini “dəliqanlı oğlan” adlandıraraq bildirib ki, o, çox insanı və keçmiş prezidentləri aldada bilib. “Danışmaq heç nə demək deyil. Siz hərəkətə keçməlisiniz. Nəticələrə çatmalısınız,” – deyə Tramp əlavə edib. 


Politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, Tramp seçki öncəsi dünya üzrə müxtəlif hadisələrlə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı populist mövqe nümayiş etdirir, fərqli vədlər verirdi:

"O iddia edirdi ki, əgər prezident olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə başlamazdı. Bu fikir dolayısı ilə onu göstərir ki, Tramp münaqişənin əsas təşəbbüskarının ABŞ olduğunu etiraf edir. Eyni zamanda, o, müharibəni qısa müddətdə dayandıracağını da bildirmişdi. Bundan sonra Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında intensiv telefon danışıqları baş tutdu. Bu danışıqların ardınca 2022-ci ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndələri arasında təmaslar baş verdi. Bu təmaslarda yalnız Rusiya-Ukrayna münaqişəsi deyil, həm də ABŞ-Rusiya münasibətləri müzakirə olundu. Bütün bunlar göstərir ki, iki tərəf təmasları bərpa etməyə maraqlıdır. Tramp və Putin bu danışıqları konstruktiv qiymətləndirirdilər. Lakin Trampın dediyinin əksinə olaraq, münaqişənin səngiməsi üçün konkret addımlar atılmayıb. Rusiya tərəfi dəfələrlə bildirib ki, münaqişənin əsas səbəbləri aradan qaldırılmadan atəşkəs rejimi mümkün deyil. Bu səbəblər isə tərəflərə görə fərqlidir. Nəticədə, hazırkı şəraitdə münaqişənin tənzimlənməsi imkanları son dərəcə məhduddur".


Analitik əlavə edib ki, Tramp bir müddət əvvəl söyləyib ki, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi prosesindən çıxır:

"Çünki bu proses nəticə verməyib. Lakin sonradan yenidən proseslərin mərkəzində olmağa cəhd göstərdi. Putinə son telefon zəngindən sonra Tramp bu danışığı müsbət qiymətləndirsə də, az sonra Rusiyaya 50 gün verdiyini bəyan etdi. Ardınca Respublikaçı senatorlardan biri bu müddət bitdikdən sonra baş verəcəklə bağlı Rusiyanın Ayətullahdan soruşmasını "məsləhət" gördü. Bu ifadə müxtəlif formalarda yozula bilər. ABŞ-ın Rusiyaya zərbə endirməsi, daha sərt sanksiyalar tətbiqi və s. kimi ehtimalları gündəmə gətirir.

Lakin hazırkı reallıqda ABŞ-ın Rusiyaya birbaşa zərbə endirməsi real görünmür. Çünki ABŞ da cavab reaksiyasını nəzərə alır və bu riski götürmək istəmir. Rusiya digər ölkələrdən fərqli olaraq bu cür addımlara qarşı sərt cavab potensialına malikdir. Ona görə də ABŞ daha çox sanksiyalara üstünlük verə bilər. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyalar əks nəticələr verir. Onun sözlərinə görə, Rusiya bu sanksiyalara uyğunlaşır, daxili istehsalı artırır və mövcud şəraitə tez adaptasiya olur. Bu da göstərir ki, sanksiyalar vasitəsilə Rusiya siyasətində dönüş yaratmaq mümkün deyil".


Elşad Mirbəşiroğlunun fikrincə, ABŞ-nin Rusiyaya ciddi təsir imkanları geniş deyil:

"Həmçinin, Tramp administrasiyasının Bayden administrasiyasından fərqli olaraq Ukraynaya daha böyük dəstək vermək niyyətində olduğu da şübhə doğurur. Hazırda hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsi məsələsi açıq olaraq qalır. ABŞ yardım edəcəyini bildirsə də, konkret qərar verilməyib. Eyni zamanda, cəbhədə vəziyyət dəyişməyib. Yəni, Rusiya mövqeyini gücləndirməkdə davam edir. Ukrayna Prezidenti Zelenski bir neçə gün əvvəl etiraf etdi ki, Rusiya yay hücum planını həyata keçirir, lakin planlaşdırdığı şəkildə yox. Bu da o deməkdir ki, Rusiya Ukrayna ərazisində irəliləməyə davam edir və yeni ərazilərə nəzarət ələ alır. Bu mənzərə Qərbin “Rusiya zəifləyir” və ya “məğlub olur” kimi mövqeləri ilə uyğun gəlmir. Əksinə, Ukrayna ordusunda ciddi silah çatışmazlığı müşahidə olunur. Həmçinin Kiyev davamlı şəkildə geri çəkilmək məcburiyyətində qalır. Bu reallığı ABŞ da anlayır".


Politoloq əlavı edib ki, Tramp isə sərt bəyanatlar verməklə daha çox öz siyasi imicini qorumağa çalışır:

"Ümumilikdə isə Tramp ABŞ-Rusiya münasibətlərinin Ukrayna münaqişəsindən asılı olmayaraq davam etməsində maraqlıdır. Lakin bu münasibətlərin Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə real təsir göstərməsi ehtimalı olduqca zəifdir. Mövcud situasiyada heç ABŞ da, Tramp da ciddi dönüş yaradacaq addımlar atmaq iqtidarında deyillər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri