Icma.az
close
up
RU
“Tramp administrasiyası ABŞ Azərbaycan münasibətlərində praqmatik yanaşma formalaşdırır” ŞƏRH EDİLDİ

“Tramp administrasiyası ABŞ Azərbaycan münasibətlərində praqmatik yanaşma formalaşdırır” ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ-də hakimiyyət dəyişikliyindən sonra ümumilikdə Vaşinqtonun Azərbaycana münasibətində real fərqlər müşahidə olunur. Donald Tramp administrasiyası Bakı ilə İrəvan arasında sülh səylərini dəstəklədiyini nümayiş etdirib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, bundan əvvəlki Bayden administrasiyası dövründə isə Azərbaycana qarşı bir sıra məhdudiyyətlər tətbiq olunurdu ki, bu da iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən əsas amillərdən biri idi: "Donald Trampın növbəti dəfə hakimiyyətə qayıdışından sonra Amerikanın xarici siyasət prioritetlərində də dəyişikliklər müşahidə edilir. Belə ki, Azərbaycana qarşı yanaşmada strateji əməkdaşlıq və sülh təşəbbüslərinə daha praqmatik münasibət formalaşmağa başlayıb. Bu yanaşma Tramp dövründə irəli sürülən sülh ideyalarının konkret mexanizmlərə çevrilməsinə imkan yaradır. Eyni zamanda, bu proses regional nəqliyyat-kommunikasiya layihələrinin, xüsusilə də Zəngəzur dəhlizinin reallaşdırılması baxımından ABŞ-nin uzunmüddətli maraqlarına da cavab verir. ABŞ bu dəhliz vasitəsilə gələcək onilliklər ərzində iqtisadi və strateji fayda əldə etməyə çalışacaq. Bununla belə, ABŞ Konqresində Azərbaycana qarşı məhdudlaşdırıcı təşəbbüslərlə çıxış edən, ermənipərəst mövqedə olan dairələr hələ də mövcuddur. Bu amil ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumuna mənfi təsir göstərə bilər. Hərçənd bu cür təşəbbüslərin sülh danışıqlarına birbaşa ciddi təsiri olmasa da, Biden administrasiyası dövründə olduğu kimi yenidən gündəmə gəlməsi ikitərəfli əlaqələri çətinləşdirə bilər. Əgər hazırkı mərhələdə ABŞ administrasiyası Donald Tramp-ın müəyyən etdiyi xətt üzrə hərəkət etməz və Konqres fərqli, məhdudlaşdırıcı qərarlar qəbul etməyə başlayarsa, bu, mənfi ssenarilərin ortaya çıxmasına səbəb ola bilər. Azərbaycan və ABŞ arasında münasibətlər qarşılıqlı maraqlara və tərəfdaşlığa əsaslanır və bu əlaqələr hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Konqresin məhdudlaşdırıcı səylərinin reallaşması Ermənistanın davranışlarına da təsir göstərə bilər. ABŞ-dakı ermənipərəst dairələrin Ermənistana verdiyi birtərəfli dəstək sülh təşəbbüslərini ləngidə və regionda gələcək riskləri artıra bilər. Ümumilikdə ABŞ-ın daxili siyasi dinamikası, administrasiyanın prioritetləri və Konqresin siyasi iradəsi Cənubi Qafqazda sülh prosesinə və Azərbaycana münasibətə birbaşa təsir göstərir. Bu baxımdan ABŞ-ın ali siyasi dairələri Donald Tramp administrasiyasının yürüdüyü siyasətə uyğun hərəkət etməli və regionda sülhə xidmət edən təşəbbüslərə zərər verəcək addımlardan çəkinməlidirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri