Tramp administrasiyasından Livan İsrail masasına yeni təklif
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Livan və İsrail nümayəndə heyətləri atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə etmək üçün mayın 13-15-də Vaşinqtonda görüşəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə LBCI telekanalı ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Livan nümayəndə heyətinə ABŞ-dəki sabiq səfir Simon Karam rəhbərlik edəcək.
Qeyd edək ki, tərəflər arasında görüşlər ABŞ Prezidenti Donald Tramp Administrasiyasının dəstəyi ilə Dövlət Departamentində keçirilir. Aprelin 14-də baş tutan ilk raunddan sonra aprelin 17-dən etibarən Livanda atəşkəs razılaşdırılıb, aprelin 23-də keçirilən ikinci raundun nəticəsində isə bu rejim üç həftə uzadılıb.
Bildirilir ki, Livan atəşkəsin yenidən uzadılmasını və cənub bölgələrdən qoşunların çıxarılması cədvəlinin hazırlanmasını istəyir. İsrail isə "Hizbullah"ın tam silahsızlaşdırılmasını və uzunmüddətli sülh sazişinin imzalanmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 May 2026 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















