Icma.az
close
up
RU
Tramp Amerikası haraya gedir!?

Tramp Amerikası haraya gedir!?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Donald Trampın və onun komandasının hal-hazırda dünyanın ən qüdrətli dövlətində atdığı addımlar təkcə ABŞ üçün deyil, bütün dünya üçün ciddi təhdidlər yaradır. Trampın hakimiyyəti gəlişindən cəmi 20 gün keçməsinə baxmayaraq artıq bir çox amerikalılar bunu anlamağa başlayıblar.
"Hökumətin Effektivliyi Agentliyi" adı altında fəaliyyət göstərən, milyarder Ilon Maskın rəhbərlik etdiyi qurum tərəfindən atılan addımlar təkcə sosial proqramları və ölkənin xarici siyasətini alt-üst etmir. Həmin qurum vasitəsilə Tramp ABŞ dövlətinin ciddi dayaqları olan Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat Idarəsi və Pentaqon kimi qurumları da məqsədli şəkildə laxlatmaqdadır.
Həmin qurumlarda baş verənlər fonunda indi dünyanın müxtəlif ölkələrinin kəşfiyyatları üçün cənnətə çevrilmiş ABŞ-da onlar özlərini heç zaman olmadığı qədər rahat və sərbəst hiss edirlər. ABŞ dövləti isə bunun acı nəticələrini hələ uzun müddət yaşamalı olacaq.
Bundan başqa (hələlik sözdə) hədəfə alınan sahələrdən biri də ölkənin hərbi-sənaye sektorudur ki, bu da ABŞ-ın hərbi qüdrətini təmin təmin etməklə yanaşı, həm də milyonlarla insan üçün iş yerləri deməkdir. Bütün bunları həyata keçirmək üçün də ölkənin ən önəmli qurumlarının rəhbərliyinə bəzi hallarda səriştəsiz, bəzən isə açıq-aşkar dağıtmaq niyyətində olan şəxslər gətirilir.
Ən təhlükəli olan isə son iki əsrdə ABŞ dövlətinin əsas dayağı olan hakimiyyət bölgüsü mexanizmi sıradan çıxarılmasıdır. Bu da normal dövlət üçün ağlasığmaz görünən metodlarla həyata keçirilir. Məsələn, Donald Trampın irəli sürdüyü namizədlərə qarşı çıxan respublikaçı senatoru Ilon Mask öz X sosial şəbəkəsində açıq şəkildə təhdid edir.
Başqa bir nümunə: Tramp şəxsən zəng edərək onun bu və ya digər təklifinə səs verməyən respublikaçı konqresmenlərə qərarını dəyişmək tapşırığı verir. Onlar da bunu icra edirlər, çünki əks halda Trampın seçicilərə açıq müraciət edərək onların növbəti dəfə seçilməsini əngəlləyəcəyinə əmindirlər.
Bu isə artıq başqa mətləbdən - ABŞ siyasətinin önündə olanların bir çoxunun öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmasından xəbər verir.
Nəhayət, ABŞ dövlətinin fəaliyyətndə və onun mövcudluğunun təmin olunmasında daim ən mühüm rolu oynamış məhkəmə institutu da parçalanmaqda və qütbləşməkdədur.
Trampın dağıdıcı xaos komandası isə paralel olaraq həm də ölkənin təhsil sistemini hədəfə almaqdadır. Özəlliklə də dünyanın öndə gedən elm və təhsil ocaqları olan aparıcı ABŞ universitetlərini.
ABŞ prezidentinin açıq şəkildə onu vaxtilə törətdiyi cinayətlərə görə təqib edənlərə qarşı qisasçılığı isə artıq təkcə hüquq sisteminə deyil, həm də ölkədəki ictimai-siyasi münasibətlər sisteminə sarsıdıcı zərbə vurur.
Tramp komandasının hələlik açıq hücuma keçmədiyi ölkənin bank-maliyyə sektorudur. Bu da aydındır, çünki başqa sahələri tam nəzarətə götürmədən, digər müqavimət ocaqlarını söndürmədən oraya hücuma keçmək siyasi intihara bərabər olardı. Baxmayaraq ki, əsas hədəfləri də elə həmin sahəni ələ keçirməkdir.
Tramp komandasının attığı addımlar isə seçicilərə verilən vədlərin tam əksinə olan nəticələr ortaya qoymaqdadır: ölkədə gərginlik artırmaqla yanaşı, həm də sosial-iqtisadi vəziyyəti çətinləşdirir. Ən optimist təhlilçilər də bu sahədə vəziyyətin hətta indiki səviyyədə qalacağını söyləməkdə çətinlik çəkirlər.
ABŞ siyasəti heç zaman ideal olmayıb və ola da bilməz. Bu mənada Tramp tərəfdarlarının irəli sürdüyü iddia və ittihamların da əsassız olduğunu iddia etmək yanlış olardı. Şübhəsiz ki, göstərilən sahələrin mütləq əksəriyyətində ciddi islahatlara ehtiyac var. Amma sual budur ki, Tramp hökumətinin atdığı addımlar nə dərəcədə islahat hesab edilə bilər?
Amma bir başqa və daha ciddi sual da var ki, ABŞ dövlətinin və cəmiyyətinin baş verən, daha doğrusu, törədilən özbaşınalığı (bunu ən yaxşı halda belə adlandırmaq olar) zamanında durdurmaq üçün potensialı yetərli olacaqmı? Hələlik müşahidələr bu suala mənfi cavabdan başqa bir variantın olmadığını göstərir.
Ərəstun Oruclu, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Fevral 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri