Icma.az
close
up
RU
Tramp dönəmində Latın Amerikası yeni geosiyasi realıqlar

Tramp dönəmində Latın Amerikası yeni geosiyasi realıqlar

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Venesuelada Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi əməliyyat yalnız ölkənin daxili siyasi mühitinə təsir göstərməklə qalmayıb, həm də ABŞ-ın Latın Amerikasında strateji üstünlüyünü bərpa etməsi və təsir dairəsini genişləndirməsi məqsədini ortaya qoyub. Prezident Donald Tramp dövründə ABŞ-ın Venesuelaya müdaxiləsi, həmçinin Kubaya, Meksikaya və Kolumbiyaya münasibətdə sərgilədiyi mövqelər, regionda ABŞ-ın dominant rolunu qorumaq və digər dövlətlərin nüfuzunun artmasına imkan verməmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Müdaxilənin arxasında yalnız siyasi maraqlar dayanmır; Venesuelanın zəngin təbii sərvətləri, xüsusilə neft yataqları ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan əməliyyat həm dialoji, həm də geosiyasi təzyiq xarakteri daşıyır. ABŞ regiondakı ölkələrin digər güclərin təsir dairəsinə daxil olmasına imkan verməmək üçün ardıcıl və planlı addımlar atır. Bu proses yalnız Venesuelada deyil, Latın Amerikanın digər ölkələrində də ABŞ-nin mövqeyinin gücləndirilməsinə xidmət edir və gələcəkdə bu siyasətin davam etdiriləcəyi gözlənilir.

Amma, prosesin fərqli inkişafı da istisna deyil.

“ABŞ Venesuelada təsirini gücləndirir”

Deputat Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Venesuellada Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi əməliyyat artıq başa çatıb, lakin bu müddət ərzində ölkəyə qarşı ciddi təzyiqlər və müxtəlif siyasi təsirlər müşahidə olunub.

O qeyd edib ki, ABŞ-ın məqsədi yalnız konkret müdaxilə deyil, eyni zamanda Latın Amerikasında öz təsir dairəsini gücləndirmək, regionda digər dövlətlərin nüfuzunu məhdudlaşdırmaqdır: “Əslində, təklif verilmişdi ki, Venesuelanın prezidenti hakimiyyətdən getsin və məlumdur ki, ABŞ orada baş verənləri diqqətlə izləyirdi, narahatlığını açıq şəkildə ifadə edirdi. Eyni zamanda məlumdur ki, Venesuellaya Rusiya və Çin də təsir imkanlarını artırmışdılar. Son illər bu ölkələr regionda öz mövqelərini genişləndirmişdi. ABŞ isə yaxın çevrəsindəki ölkələrin başqa dövlətlərin təsir dairəsinə girməsinə heç vaxt razı olmayacaq. Gec-tez Venesuelaya müdaxilə olunacağı məlum idi.

Donald Tramp dövründə yalnız Venesuellaya deyil, həmçinin Kubaya, Meksikaya və Kolumbiyaya da təhdid xarakterli mövqe sərgiləmişdi. O qeyd edib ki, ABŞ-nin əsas məqsədi bölgədə strateji üstünlüyü qorumaq, regiondakı hakimiyyətlərin ABŞ-nin təsir dairəsinə tam daxil olmasını təmin etməkdir. Bu baxımdan, Venesuelaya müdaxilə yalnız siyasi məqsədlərlə bağlı deyil, həm də ölkənin zəngin təbii sərvətləri, xüsusilə neft yataqları ilə bağlıdır. ABŞ bu resursları öz nəzarətinə almağı hədəfləyirdi və bu məsələdə Donald Tramp tərəfindən açıq mövqe sərgiləndi. Prosesdə iqtisadi maraqlar siyasi maraqlarla birləşir və ABŞ-nin strateji addımlarında üstünlük təşkil edir. ABŞ-nin regiondakı fəaliyyəti ardıcıl və planlıdır. Venesuelada başlanmış proses yalnız bir başlanğıcdır. ABŞ regionda təsir dairəsini genişləndirməyə, Latın Amerikasında strateji üstünlüyü qorumağa davam edəcək. Bununla bağlı digər ölkələr üçün də real təhlükə mövcuddur, xüsusilə də hazırki hakimiyyətlər üçün ciddi risklər var. Bu siyasət davamlıdır və gələcəkdə ardıcıl addımların atılması gözlənilir”.

Arzuxan Əlizadə qeyd edib ki, ABŞ-nin müdaxiləsi həm strateji, həm də iqtisadi maraqlara əsaslanır və regionda mövcud geosiyasi balansı öz xeyrinə dəyişmək məqsədini güdür: “Venesuelada başlanan proses Amerika üçün bir göstəricidir ki, Latın Amerikasında yaxın çevrəsindəki ölkələrdə digər dövlətlərin nüfuzunun artmasına heç vaxt imkan verməyəcək və bu siyasət davamlı olacaq”.

Sərt mövqe

Milli Məclisin deputatı Samir Vəliyev qeyd edib ki, Venesueladakı hərbi əməliyyatdan sonra Donald Trampun Kuba, Meksika və Kolumbiya barədə səsləndirdiyi bəyanatlar Amerika Birləşmiş Ştatlarının Latın Amerikasında daha aqressiv xarici siyasət mövqeyinə keçdiyini göstərir.

Deputat vurğulayıb ki, bəzi ekspertlər bu yanaşmanı siyasi müdaxilə kimi qiymətləndirirlər, digər tərəfdən isə daha çox siyasi təzyiq və diplomatik siqnal kimi qiymətləndirilə bilər: “Maduronun həbs olunması faktiki olaraq ABŞ-nin Latın Amerikasına gələcəkdə də sərt mövqe nümayiş etdirəcəyinin göstəricisidir. Bu həmçinin ABŞ-nin regiondakı təsirini artırmaq niyyətini simvolizə edir. ABŞ-nin Venesueladakı əməliyyatı geosiyasi təzyiq xarakteri daşıyır. Venesuela dünyanın ən böyük neft yataqlarına sahibdir və ABŞ-nin burada iqtisadi maraqları mövcuddur. ABŞ Venesuelanı narkobiznesdə ittiham etsə də, əsl hədəfi neft yataqlarıdır. Digər tərəfdən, Kolumbiya, Meksika və Kubaya münasibətdə sərt mövqe sərgiləməsi, bu ölkələrdə narkotik istehsalı və onun ABŞ-yə axını ilə bağlıdır. Donald Trumpun Latın Amerikasına yanaşması isə əsasən "Amerika yalnız amerikalılar üçündür" prinsipi üzərində qurulub”.

“Tramp Venesuelada çəkindirmə bərpa edir”

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı isə diqqətə çatdırıb ki, Venesuelada Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ABŞ-nin 2025-ci il Milli Təhlükəsizlik Strategiyasında göstərilən Monro Doktrinasının “Tramp əlavəsi”nin faktiki işə salınmasıdır.

O qeyd edib ki, bu addım ABŞ-nin Mərkəzi və Cənubi Amerikadakı strateji üstünlüyünü yenidən bərpa etmək məqsədi daşıyır və təkcə Kuba, Kolumbiya və Meksikaya deyil, həmçinin Pekin və Moskvaya açıq çağırışdır: “Baş verənlərdən ən çox narahat olan ölkələrdən biri Çinidir. Pekin Maduronun razılığı ilə Venesuela neftinin əsas alıcılarından biri idi və Çin şirkətləri nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. ABŞ-nin dəstəklədiyi siyasətçi Venesuelaya rəhbər təyin olunarsa, Çin bu ölkənin zənginliklərindən faydalana bilməyəcək. Tramp administrasiyasının təhdidləri yalnız Latın Amerikası ilə məhdudlaşmır. ABŞ prezidenti Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq Danimarkanı hədələyib, Kanadaya qarşı da oxşar mesajlar verib. Eyni zamanda ABŞ Avropa İttifaqını zəiflətmək və iqtisadi rəqiblər sırasından çıxarmaq niyyətindədir. Tramp administrasiyasının hədəfində təkcə Latın Amerikası deyil. Venesuelada Maduronun hakimiyyətdən uzaqlaşdırılması ABŞ-nin həm də qlobal çəkindirmənin yenidən bərpası cəhdidir”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri