Tramp anlaşma memorandumunu imzalayıb Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evlə yeni komandanın yanvarın 20-də baş verəcək hakimiyyət dəyişikliyindən əvvəl nazirlik və qurumlarda təhvil alacaqları komanda ilə görüşməsinə imkan verəcək anlaşma memorandumu imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Trampın administrasiyasının aparat rəhbəri vəzifəsini icra edəcək Susie Viles məlumat paylaşıb.
O, artıq "Keçid qrupu"nun prezident Co Baydenin Ağ Ev komandası ilə anlaşma memorandumu imzaladığını təsdiqləyib: "Bu əməkdaşlıq kabinetimizə namizədlərimizə kritik hazırlıqlara, hər bir departamentə və agentliyə yeni komandaların yerləşdirilməsinə və hakimiyyətin nizamlı şəkildə ötürülməsinə başlamağa imkan verəcək. Biz tezliklə, federal qurumlara və idarələrə inteqrasiya ediləcək komanda üzvlərimizn siyahısnı qarşı tərəfə verəcəyik".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















