Icma.az
close
up
RU
Tramp atəşkəs prosesindən sonra Ukrayna ordusunu yenidən qurmaq işini Türkiyəyə həvalə edə bilərmi? ŞƏRH

Tramp atəşkəs prosesindən sonra Ukrayna ordusunu yenidən qurmaq işini Türkiyəyə həvalə edə bilərmi? ŞƏRH

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ər-Riyadda Rusiya-ABŞ danışıqları və eyni vaxtda Zelenskinin Ankaraya səfəri ABŞ və Türkiyənin müharibəni birlikdə bitirmək istədiyi fikrini gücləndirir. Türkiyə, Azərbaycanın və Suriyanın timsalında olduğu kimi, Ukraynanın hərbi potensialının gücləndirilməsində rol oynaya bilərmi?Tramp atəşkəs prosesindən sonra Ukraynanın ordusunu yenidən qurmaq işini Türkiyəyə həvalə edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində digər NATO üzvləri kimi heç vaxt qızışdırıcı mövqədən çıxış etməyib:
“Türkiyənin mövqeyi həmişə Rusiya-Ukrayna konfliktində barışdırıcı mövqelərdən çıxış etmək olub. Bu münaqişənin ilk günündən Türkiyə çalışıb ki,  sülh mühiti bərqarar olunsun. Bu baxımdan da Türkiyənin, Ukrayna xalqının acılarına, Ukrayna dövlətinin üzləşdiyi fəlakətlərə münasibəti də Avropa ölkələrindən fərqli olaraq kifayət qədər səmimidir. Eyni zamanda Türkiyə hətta vasitəçilik rolunda doğrudan çıxış edib. Daha əvvəl taxıl sazişində Ərdoğanın çox böyük missiyası oldu. Eyni zamanda Zelenskini Türkiyədə qəbul edən Rəcəb Tayyib Ərdoğan açıqlamasında Rusiya-Ukrayna ABŞ arasındakı görüşlərə İstanbulun ev sahibliyi etmək ehtimallarından da bəhs etdi. Həmçinin biz bilirik ki, bu gün Ukrayna ordusu Türkiyənin pilotsuz uçuş aparatları ilə təmin olunub. Yəni, Türkiyə hərbi sənayesi ilə Ukrayna əməkdaşlıq edir, bayraqlarla Ukrayna ordusunun diqqət mərkəzindədir”.
Politoloq onu qeyd edib ki, Türkiyənin özəlliklə pilotsuz uçuş aparatlarının ixracı məsələsində Ukrayna ilə anlaşmaları mövcuddur:
“Eyni zamanda Türkiyə digər bir çox sahələrdə də Ukrayna ilə əməkdaşlıq edir. Amma Türkiyə balanslı xarici siyasət kursu aparan güclü dövlətlərdən biridir. Türkiyə Rusiya ilə də münasibətlərə yaxşı olan bir ölkədir. Rusiya ilə də bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Hər bir halda Trampın nə qərar verməyindən asılı olmayaraq, artıq Ukrayna ilə Türkiyə arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlıq meyarları var. Bu, kifayət qədər güclü bağlara malikdir.  Hesab edirəm ki, Ukrayna ordusunun yenidən quruculuq prosesində Türkiyə də uğurla iştirak edəcək”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri