Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Dünyanın ən nəhəng abidələri

Tramp Avropa liderləri və Zelenski ilə keçirilən görüşdən sonra Rusiyaya qarşı ciddi tədbirlər görəcək

Tramp Avropa liderləri və Zelenski ilə keçirilən görüşdən sonra Rusiyaya qarşı ciddi tədbirlər görəcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avqustun 15-də Alyaskada, Donald Trampla Putin arasında görüş keçirildi. Həmin görüş altı -7 saat nəzərdə tutulurdu. Ancaq iki saat 45 dəqiqə çəkdi və sonra onlar birlikdə mətbuat qarşısında çıxış etdilər və bildirdilər ki, bu görüş çox lazımlı idi və müəyyən nəticələr əldə olundu. Amma konkret heç bir nəticə əldə olunmadı. Həmin görüşdən Tramp da razı qalmadı və bu haqda o danışmasa da, ancaq bu hərəkətlərindən görünür”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, görüş daha çox nəzərdə tutulmuşdu, ancaq Tramp apardığı danışıqda başa düşdü ki, Putin onun dediyini qəbul etmir: “Putin bildirdi ki, hərtərəfli dayanıqlı sülh istəyir, atəşkəs yox. Sülh danışıqları hələ uzaqdır. Bu nöqtey-i nəzərdən Putin öz mövqeyini daha da möhkəmləndirmək üçün hələ müharibə aparmaq istəyir. Məhz ona görə də atəşkəsə razı olmadı. Tramp da bunu bilirdi və ona görə də onların danışığı axıra kimi olmadı, qısa çəkdi. Rusiya nümayəndələrinə nahar da verilməli idi, heç o da verilmədi. Elə bu əməldən görünür ki, Tramp bu görüşdən tam razı qalmadı. Baxmayaraq ki, ABŞ prezidenti mətbuata çıxışında Putin haqqında müəyyən sözlər dedi və danışıqların aparılması ilə bağlı fikirlərini bildirdi. Trampla Putin görüşündə atəşkəs olmadı, müharibə də dayanmadı, sadəcə olaraq Putin burada "qabağa düşdü". Çünki Tramp bildirmişdi ki, ayın 8-də Rusiya müharibəni dayandırmasa və atəşkəsə nail olunmasa, ABŞ Rusiyaya qarşı öldürücü sanksiyalar qəbul edəcək. Ancaq sanksiya da tətbiq edilmədi, 15 avqust görüşü gözlənildi. Bu görüşdə də Putin qazandı”.

Elşad Həsənov

“Bu gün Tramp Zelenski və Avropa liderləri ilə görüşəcək. Zelenski torpağı Rusiyaya bağışlamaq haqqında fikri yoxdur. Donetskin işğal olunmamış yerlərindən Ukrayna öz qoşunlarını çıxarmaq istəmir. Donbası Rusiyaya tam vermək istəmir. Bu səbəbdən də Tramp, Zelenski və Avropa liderləri, NATO -nun baş katibi ilə birlikdə keçirilən görüşdən sonra müəyyən məsələlərə aydınlıq gələcək”-deyən Elşad Həsənov bildirib ki, müharibənin bitməsini Zelenski də istəyir, çünki artıq resurslar qurtarır və insanlar tələf olurlar.

“Volodimir Zelenski müharibənin Ukraynanın kapitulyasiyası hesabına bitməsini istəmir. Ukrayna prezidenti atəşkəsə nail olmaq və beynəlxalq qüvvələri də həmin atəşkəsə nəzarət etmək üçün ölkə ərazisinə yerləşdirmək istəyir. Rusiya bu müharibədə Ukraynanın bir çox ərazilərini işğal edib, işğal etdiyi torpaqları da vermək istəmir”-deyə politoloq qeyd edib.

Politoloqun fikrincə, Tramp hakimiyyətə gələndən bəri doğrudan da çalışır ki, müharibəyə son qoyulsun.

“Donald Tramp ürək ağrısı ilə bildirir ki, hər həftə 5-6 min gənc həlak olur. Bu, onun üçün doğrudan ağırdır. Tramp artıq bir neçə müharibənin, münaqişənin qarşısını alıb. ABŞ prezidentinin ən əsas istəyi də Ukrayna müharibəsinin dayandırılmasıdır. Ancaq Putinlə bu qərara gəlmək alınmır. Putin Trampı hələ də aldatmağa çalışır, ona müəyyən məsələlərdə, düzgün informasiya vermir, çaşdırmağa cəhd edir”-deyən Elşad Həsənov hesab edir ki, bugünkü keçirilən görüşlərdən sonra Tramp konkret olaraq Rusiyaya qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qərar qəbul edəcək və Ukraynaya ciddi dəstək göstərəcəklər.

“Bu gün keçirilən görüşdən sonra Trampın Putin qarşısında hansısa öhdəliyinin olduğu təsdiqlənəcək. Amerikada Trampın Putini Alyaskada qırmızı xalça əsərləri qarşılaması çox pis qarşılanır. Tramp həm Avropa liderləri ilə, həm də Zelenski ilə keçirilən görüşdən sonra Rusiyaya qarşı ciddi tədbirlər görəcək. Ancaq o yenə də çalışır ki, sülh ilə həll olunsun. Rusiya bunu hələ də tam dərk etmir və ona görə də müharibəni davam etdirmək istəyir, Ukraynada yeni torpaqlar işğal etmək istəyir. Artıq bunun sonu gəlib çatıb. Ukraynanın müharibəni dayandırmaq istəməsi və Avropa ölkələrinin bunu dəstəkləməsi Putin üçün çətin bir vəziyyət yaradacaq. Putin məcbur olub həmin bu birliyin tələbini yerinə yetirməli və atəşkəslə razılaşmalı olacaq. Əks təqdirdə Rusiya çox böyük, ciddi sanksiyalarla qarşılaşılacaq və bu da Rusiyanın çöküşünə gətirib çıxaracaq”-deyə Elşad Həsənov bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16987

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1026

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see226

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see154

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see147

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see144

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see143

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see128

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see127

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see122

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri