Icma.az
close
up
RU
Tramp Avropaya savaş elan edəcəkmi? (ŞƏRH)

Tramp Avropaya savaş elan edəcəkmi? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ - Avropa qarşıdurması nə qədər qəribə səslənsə də, hələlik ideoloji müstəvidədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli ABŞ - Avropa qarşıdurmasının mümkünlüyündən danışarkən deyib:

"Hazırda mübarizə daha çox ideoloji müstəvidə gedir. Yəni siyasi-iqtisadi müstəviyə addım- addım keçid baş verir. Tramp və komandasının  əsas hədəfi ABŞ-da qlobalistlərin, demokratların mövcudiyyətini zəiflətmək,  onlara siyasi zərbə vurmaqdır. Avropa elitasıın  90 faizi elə Amerikanın yetişdirdiyi elitanın  münayəndələridir. Ona görə də indilikdə əsas qarşıdurma daha çox ideolojidir. ABŞ-ın vitse-prezidenti bunu Münhen sammitində açıq  şəkildə bəyan etdi. O zaman avropalılar bunu tam anlamadılar”. 

Ekspert qeyd edir ki, ABŞ artıq Avropanın təhlükəsizliyinə pul xərcləmək istəmir:

"İkinci bir problem isə odur ki, ABŞ 80 ildir Avropanı qoruyur və bunun üçün 50 trilyon dollar xərcləyib. Tramp isə indi bu işlərə pul xərcləmək niyyətində deyil. Mesajları da odur ki, Amerikanın yenə də Avropanı qorumasını istəyirsinizsə, əlinizi cibinizə atın. Avropa çaşqın duruma düşüb. Çünki onlar infrastruktur olaraq dəyişikliklərə hazır deyillər. 80 il komfort zonada yaşayaraq, öz iqtisadiyyatlarını inkişaf etdirməklə, sosial həyatı yaxşılaşdırmaqla məşğul idilər. Qərbi Avropada yaşayanlar amerikalılardan daha yaxşı yaşayırdı. Amma təhlükəsizliklərini də Amerika təmin edirdi. İndi isə ABŞ Avropanın təhlükəsizliyinə pul xərcləmək istəmir- qorunmağını istəyirsənsə, özün də vəsaiti ödə”.


Həmsöhbətimiz bildirir ki, Aİ ilə ABŞ arasında ticarətdə birincinin xeyrinə müsbət saldo var: "Tramp da onlardan tələb edir ki, ticarət balansının yaranması üçün daha çox amerika malları alsınlar. Bu kontekstdə müxtəlif istiqamətlərdə qarşıdurma böyüyür. Amma təməlində ideoloji məsələ durur. Tramp Avropada sağçıların, ənənəvi siyasət tərəfdarlarının, konservatorların dəstəkçisinə çevrilərək, özünə ideoloji yaxın insanların iqtidara gəlməsini hədəfləyir”. 

Qeyd edək ki, ABŞ-la Avropa İttifaqı aarsında qarşıdurma böyüyür. Tramp adminstrasiyası Aİ mallarına qarşı kömrük resumları tətbiq etməyi hədəfləyib. Bundan başqa, Tramp ABŞ-ın daha Avropanın təhlükəsizliyinə cavabdeh olmayacağını bəyan edib. Təhlükəsizlik məsələsində Aİ başlı-başına buraxılıb ki, bu da indilikdə "köhnə qitə” ölkələrini təşvişə salıb. Tərəflər arasında ciddi fikir ayrılığı özünü xüsusən də Ukrayna məsələsinə münasibətdə gösətrir. Bu əsasda da müttəfiqlər arasında kəskin ziddiyyətlər yaşanır. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri