Icma.az
close
up
RU
Tramp Azərbaycanı hədələdi, ona görə “razılaşdıq”...

Tramp Azərbaycanı hədələdi, ona görə “razılaşdıq”...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ Prezidenti Donald Trampın az öncə Azərbaycan və Ermənistanı sülhə “məcbur etməsi” ilə bağlı qəribə açıqlaması yayıldı və maraqlıdır ki, bu, xüsusilə erməni mediası və sosial şəbəkələrində çoxsaylı paylaşım və şərhlərlə müşayiət olundu.

Bakupost.az xəbər verir ki, Tramp hakimiyyətə gəldiyi bir ilə yaxın müddətdə 8 müharibəni dayandırması ilə ənənəvi öyünməsi zamanı Azərbaycanla Ermənistan haqda “qeyri-ənənəvi” ifadə işlətdi. Bildirdi ki, bu ölkələri sülhə məcbur etmək üçün onları 200%-lik tariflərlə hədələyib.

Trampın sözlərinə görə, bu hədə işə yarayıb.

Əlbəttə, Azərbaycan və Ermənistan arasında sülh mətninin ABŞ-da paraflanması və bunun Ağ Evdə üçtərəfli razılaşma ilə gücləndirilməsi mühüm faktdır ki, Prezident İlham Əliyev də bunu Yeni illə bağlı xalqa müraciətində xüsusi vurğuladı. ABŞ-nin birbaşa iştirakı ilə bu prosesin davam etməsi və Zəngəzur dəhlizinin (“Tramp yolu” və ya TRIPP) zəmanət altına alınması xarici siyasətin növbəti uğuru, qələbəmizin “möhürlənməsidir”.

Amma ABŞ liderinin “ən güclü silah” saydığı “tarif hədəsini” Azərbaycanla Ermənistana yönəltməyə ehtiyac yox idi və zatən tərəflər çox məsələdə razılaşmışdı, sadəcə, Rusiyaya böyük ölçüdə bağlı olan Ermənistana zəmanət verən qüdrətli bir ölkə lazım idi ki, bunu da Tramp təmin etdi, Paşinyanın Putin qorxusu aradan qalxdı.

O ki qaldı “200 faizlik tarif”ə, statistikaya baxaq: Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi 2025-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) 1,059 milyard ABŞ dolları təşkil edib. Bu həcmin cəmi-cümlətani 52,7 milyon dollarlıq hissəsi Azərbaycanın ixracının payına düşür. Yeri gəlmişkən, builki ixracımız ötənilkindən 2,2 dəfə azdır.

Əvəzində ABŞ-dan Azərbaycana 1,007 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3% artım deməkdir.

Yəni Azərbaycandan idxal onsuz da 2024 ilə müqayisədə 2,2 dəfə azalıb və 52 milyon dollarlıq simvolik bir rəqəmdə ilişib qalıb. Buna 200 faizlik tarif tətbiq edəndə Azərbaycan nə itirə bilər ki?

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Yanvar 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri