Icma.az
close
up
RU
Tramp Bakı və İrəvanı BARIŞDIRACAQ? “Real situasiyanı nəzərə alsaq...”

Tramp Bakı və İrəvanı BARIŞDIRACAQ? “Real situasiyanı nəzərə alsaq...”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Tramp istər seçki dönəmində, istərsə də inauqurasiyasında müharibələrə son qoyacağını bəyan edib. İndi bütün dünyanın ondan gözləntisi də budur. Onun öz vədini yerinə yetirə bilib-bilməməsini zaman göstərəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.

O, Trampın təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinin mümkünlüyünü şərh edib.

“Ümumiyyətlə, hər zaman müharibəni başlamaq asan, bitirmək isə çətindir. Trampın bunu hansı metod, təzyiq və ya təkliflərlə edəcəyini bilmək çətindir. Müxtəlif ehtimallar, nəzəri olaraq proqnozlar vermək olar. Amma real situasiyanı nəzərə alsaq, prosesin bir müddət davam edəcəyini demək olar. Bütün çətinliklərə baxmayaraq, Trampın dediyini edəcəyinə böyük inam var.

İstər Yaxın Şərq, istərsə də Rusiya-Ukrayna müharibəsi dünya üçün böyük və qlobal problemlər vəd edir. Bu baxımdan, bu müharibələri dayandıra və gerçək sülh əldə edə bilərsə, bu, tarixdə sülh missiyası kimi hər zaman xatırlanacaq”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Trampın xüsusi bir missiya ilə çıxış edəcəyi o qədər də aktual görünmür:

“Çünki o, aktiv müharibə bölgələrinə daha çox diqqət ayıracaq. Bizim regionda isə aktiv müharibə yoxdur. Azərbaycan qalib, Ermənistan isə məğlub dövlətdir. İndi yekun sülh prosesinə nail olmaq və bunun sənədlərdə əksini tapması qalır.

Amma Rusiya, Fransa, Avropa Birliyi kimi ABŞ-nin də bu prosesdə əsas aparıcı rolda olmasını arzulaması təbiidir. Lakin bu məsələdə xüsusi bir tərəfə ehtiyac olmadığını Azərbaycan tərəfi dəfələrlə bəyan edib”.

R. Becanov diqqətə çatdırıb ki, sülh şərtləri, habelə müqavilənin imzalanması üçün tələb və təkliflər ortadadır:

“Xüsusən də 15 bəndin razılaşdırılması ilə bağlı xəbərlər hər iki tərəfdən rəsmi şəkildə təsdiqlənib. Digər iki bəndin də razılaşdırılması mümkündür. İndi hər şey Ermənistandan asılıdır. ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı bir bəyanat və ATƏT-ə müraciət o qədər də mürəkkəb məsələ deyil. Ermənistan bunu tezliklə edərsə, artıq bəndlərdən biri də razılaşdırılmış olacaq.

Eləcə də Azərbaycanla sərhəd boyu Avropa Birliyinin xüsusi missiyasını oradan kənarlaşdırmaq da vaxt tələb etmir. Konstitusiyanın dəyişdirilməsi müəyyən müddət çəkə bilər. Bunu da Ermənistan yaz aylarına qədər yekunlaşdırmalı və ilin ikinci yarısında sülh müqaviləsini imzalamağa hazır olmalıdır”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri